Elm və təhsil naziri Əməkdar müəllim Faina Ələkbərova ilə görüşüb
Sentyabrın 23-də elm və təhsil naziri Emin Əmrullayev Əməkdar müəllim, 160 nömrəli Klassik gimnaziyanın keçmiş direktoru Faina Ələkbərova ilə görüşüb.
Emin Əmrullayev Faina Ələkbərovanın 160 nömrəli Klassik gimnaziyada uzunmüddətli rəhbərliyi dövründə zəngin təhsil yolunu, peşəkar idarəetmə təcrübəsini xüsusi vurğulayaraq ona təhsilin inkişafına verdiyi töhfə və gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli xidmətinə görə təşəkkür edib. Elm və təhsil naziri Faina xanımın fəaliyyətinin yüksək dövlət təltifləri ilə qiymətləndirildiyini qeyd edərək bu təcrübənin gələcəkdə də təhsil sistemimiz üçün faydalı olacağını bildirib.
Elm və təhsil naziri həmçinin Faina Ələkbərovanın gimnaziyanın ictimai məsləhətçisi təyin olunduğunu bildirib. Beləliklə, gimnaziya Faina Ələkbərovanın zəngin təcrübəsindən, qiymətli məsləhət və tövsiyələrindən bundan sonra da geniş şəkildə faydalana biləcək.
Əməkdar müəllim, III dərəcəli “Əmək” ordenli Faina Ələkbərova öz növbəsində fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını ifadə edib, təhsil sahəsində üzərinə düşən missiyanı hər zaman yerinə yetirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, 160 nömrəli Klassik gimnaziyaya yeni təyin olunan direktor həmin müəssisənin məzunu və müəllimi olub.
Sonda Faina Ələkbərovaya xatirə hədiyyəsi təqdim olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
