Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Zəfər Gününə həsr olunmuş idman yarışları keçirilir

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş minifutbol və basketbol üzrə turnirə start verilib.   Turnirdə minifutbol üzrə 16, basketbol üzrə isə 8 peşə təhsili müəssisəsinin komandası iştirak edir. Yarışlara ümumilikdə 300-ə yaxın tələbə qatılıb. Müsabiqəyə noyabr ayında yekun vurulacaq.   Qalib komandalar Elm və Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaq. I, II və III yerlərə layiq görülən komandalar medal və hədiyyələrlə təltif ediləcəklər.   Qeyd edək ki, turnirlərin məqsədi tələbələr arasında dostluq və komanda ruhunu gücləndirmək, minifutbol və basketbola marağı artırmaq, 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətini gənclərə çatdırmaq və onlarda vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.

“ZəfərFest-5” yaradıcılıq festivalı keçiriləcək

Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçiriləcək.   Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr olunan festival artıq beşinci ildir ki, təşkil olunur. “ZəfərFest” hər il məktəblilərin və gənclərin vətənpərvərlik ruhunun və yaradıcılıq potensialının nümayişi üçün mühüm platforma rolunu oynayır.   Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır. Tədbir, həmçinin, Vətən müharibəsində əldə edilmiş tarixi nailiyyətlərin, ordumuzun qəhrəmanlığının və bu zəfərin bütövlükdə türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını nəzərdə tutur.

Firudin Qurbanov Azərbaycan və Belarus arasında hökumətlərarası komissiyanın 15-ci iclasında çıxış edib

Oktyabrın 28-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 15-ci iclasında iştirak edib.    Nazirlər Kabinetində keçirilən iclasda nazir müavini çıxış edərək Azərbaycan Respublikası ilə Belarus  Respublikası arasında elm və təhsil sahəsində cari əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. Nazir müavini çıxışında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.    Hökumətlərarası Komissiyanın iclasında həmçinin iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib.  Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.

Emin Əmrullayev İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Oktyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.   Görüş çərçivəsində İsrail Dövləti ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirilib

24–25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün “Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda iki günlük təlim təşkil olunub.  Təlimin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatlar, yeniliklər və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarını artırmaq, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək vermək olub.   Proqram çərçivəsində media nümayəndələri üçün dörd panel sessiya təşkil edilib. Birinci paneldə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsil hədəfləri və nailiyyətlər mövzusunda təqdimatla çıxış edib.   İkinci paneldə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məktəbəqədər və ümumi təhsil sahəsində yeniliklər, beynəlxalq qiymətləndirmələr və monitorinqlər barədə məlumat veriblər.   Təlimin üçüncü panelində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud “Elm və təhsil mediada: təhsil jurnalistikası” mövzusunda təqdimatla çıxış edib.   Təlimin ikinci günündə “Elm və ali təhsil sahəsində hədəflər” mövzusunda panel sessiyası təşkil edilib. Sessiyada Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bu istiqamətdə görülən işlər və prioritetlər barədə məlumat verib.   Panel müzakirələrindən sonra elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə media ilə əməkdaşlığın əhəmiyyəti, ictimaiyyətlə açıq və şəffaf kommunikasiya mexanizmlərinin gücləndirilməsi istiqamətində fikir və təkliflər müzakirə olunub.   Təlim proqramı iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.

“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda müzakirələr keçirilib

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin təşkilatçılığı ilə nazirliyin və tabe qurumların nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbərlərinin və digər səlahiyyətli şəxslərin iştirakı ilə “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda müzakirələr keçirilib.   Ənənəvi olaraq keçirilən tədbirin məqsədi növbəti tədris ili üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tələbə qəbulu planlarının hazırlanması, qəbul prosesində mövcud vəziyyətin təhlili, həmçinin bu istiqamətdə gələcək fəaliyyətin əsas prioritetlərinin müəyyənləşdirilməsi olub.   Tədbiri açan elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib ki, bu formatda müzakirələrin təşkili artıq ikinci ildir həyata keçirilir və qəbul planlarının formalaşdırılmasında elmi əsaslara, analitik təhlillərə və məqsədyönlü qərarvermə prosesinə xidmət edir. Onun sözlərinə görə, qəbul planlarının hazırlanması zamanı üzə çıxan çağırışların və meyillərin dərin təhlili ali təhsil sisteminin uzunmüddətli inkişaf strategiyasının düzgün istiqamətdə qurulmasına şərait yaradır.   Nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman öz növbəsində tələbə qəbulu ilə bağlı aparılan analitik işlərin təhsil proqramlarının aktuallığının qiymətləndirilməsində və əmək bazarının ehtiyaclarının öyrənilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, bu istiqamətdə görülən işlər növbəti illərdə təhsilin məzmununun daha çevik və nəticəyönlü şəkildə formalaşdırılmasına xidmət edəcək.   Müzakirələr zamanı ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair geniş statistik təhlil təqdim olunub. Qeyd edilib ki, bu təhlillərin nəticələri növbəti tədris ili üçün proqnozlaşdırma və planlaşdırma prosesində əsas göstəricilərdən biri kimi nəzərə alınır. 2024-cü ildə aparılan analizlər nəticəsində aktuallığını itirmiş ixtisaslar təsnifatdan çıxarılıb, bəzi ixtisasların aid olduqları qruplar yenidən müəyyənləşdirilib, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisaslar təsnifata əlavə edilib. Bu dəyişikliklər növbəti illər üzrə qəbul siyasətinin daha çevik və məqsədyönlü şəkildə həyata keçirilməsinə imkan yaradır.   Müzakirələrdə ali təhsil müəssisələrinin nümayəndələri də fəal iştirak edərək öz təklif və müşahidələrini bölüşüb, gələcək qəbul planlarında nəzərə alınmalı istiqamətlər barədə fikir mübadiləsi aparıblar.

“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimi keçirilib

Oktyabrın 27-də “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın 2025-ci il üzrə təqdimat mərasimi keçirilib.   Tədbir layihəyə yeni qoşulan, regionlar üzrə ən yüksək bal toplamış 93 tələbə qızla tanışlıq, eləcə də proqramın məqsəd və fəaliyyət istiqamətləri barədə məlumatlandırma üçün təşkil olunub. Mərasimdə dövlət qurumlarının, özəl sektorun, ali təhsil müəssisələrinin və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.   Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin ölkəmizdə qadınların təhsili və inkişafı istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğulayıb. O qeyd edib ki, gənc qızların təhsilinə qoyulan sərmayə onların gələcəkdə cəmiyyətin sosial-iqtisadi inkişafında daha fəal iştirakına şərait yaradır. Bahar Muradova bildirib ki, qadınların təhsil imkanlarının genişləndirilməsi ölkənin gələcək rifahı və dayanıqlı inkişafı baxımından prioritet məsələdir.   Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qadınların təhsilinin cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, qadınların rolu və inkişafı ilə təhsilin inkişafı arasında birbaşa əlaqə mövcuddur. Nazirin sözlərinə görə, qızların təhsilinə dəstək verilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də bütövlükdə cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir.    Emin Əmrullayev bildirib ki, Azərbaycanda ali təhsil alan gənc qızların sayı ildən-ilə artır və bu, təhsildə bərabər imkanların təmin edilməsinə yönəlmiş siyasətin nəticəsidir. Nazir vurğulayıb ki, uzunmüddətli perspektivdə bu təşəbbüslər cəmiyyətin sosial strukturunda müsbət dəyişikliklər yaradacaq, çünki bu gün ali təhsil alan qızlar gələcəkdə təhsilli və müasir düşüncəli analar kimi yeni nəsillərin formalaşmasına töhfə verəcəklər.   Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı fondun qadınların təhsili istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib, “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın davamlı təşəbbüslər sırasında olduğunu vurğulayıb.   Təqaüdçülər adından çıxış edən Bakı Dövlət Universitetinin tələbəsi Duyğu Əsgərli göstərilən dəstəyə görə təşəkkürünü bildirərək bu proqramın onun kimi gənc qızlara yeni təhsil və inkişaf imkanları yaratdığını qeyd edib.   Təqaüdçülərin təltif edilməsi ilə davam edən mərasim bədii hissə ilə yekunlaşıb.   Qeyd edək ki, “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” 2021-ci ildən etibarən həyata keçirilir və indiyədək 250-dən çox qız tələbənin təhsil və peşəkar inkişafına dəstək göstərilib. Layihə çərçivəsində regionlar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş, aztəminatlı və həssas qruplardan olan qız tələbələrə dəstək təqdim edilir.

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

30 oktyabr saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.   Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.   Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 15.10.2025-ci il tarixinə olan məlumatlara istinad edir.   Namizədlər müsahibə mərhələsinə təhsil müəssisələrində şagirdlərin sayından (501-dən çox və ya 500-dək) və müəssisələrin növündən (lisey, gimnaziya, internat tipli lisey/gimnaziya və s.) asılı olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.    Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.    Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər. Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.   Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinə müraciət müddəti uzadılıb

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinə müraciətlərin qəbulu müddəti uzadılıb.   Qrant müsabiqəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.   Layihə təkliflərinin qəbulu 31 oktyabr 2025-ci il tarixinədək musabige@edu.gov.az elektron poçtu vasitəsilə aparılacaq.   Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:   “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi

Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” üzrə respublika kuboku keçirilib

Oktyabrın 26-da Elm və Təhsil Nazirliyinin və Kapital Bank-ın dəstəyi, “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika kuboku keçirilib.   Yarışda ölkənin 22 şəhər və kəndini təmsil edən 42 komanda iki yaş kateqoriyasında — 6-9-cu və 10-11-ci siniflər üzrə mübarizə aparıb. Komandalar final mərhələsinə canlı şəkildə keçirilən regional kubokların qalibi kimi və ya 622 komanda arasında təşkil olunan onlayn seçim turunda yüksək nəticə göstərərək vəsiqə qazanıblar.    Final mərhələsində iştirakçılar müxtəlif sahələr üzrə bilik tələb edən 36 suala cavab veriblər. Üç turdan ibarət yarışın yekun nəticələri aşağıdakı kimi olub:   6–9-cu siniflər kateqoriyası üzrə: 1-ci yer – “Dominant” (Quba), 20 xal 2-ci yer – “Kvebek” (Şəki), 17 xal 3-cü yer – “Beyin fırtınası” (Bakı), 15 xal   10–11-ci siniflər kateqoriyası üzrə: 1-ci yer – “Vesper” (Bakı), 27 xal 2-ci yer – “El-Rey” (Xırdalan–Bakı), 22 xal 3-cü yer – “Zəkalar” (Bakı), 21 xal   Qalib komandalar kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.   Qeyd edək ki, “Təhsil Oyunları Platforması” 2020-ci ildən etibarən məktəblilər arasında onlayn və canlı formatlarda intellektual yarışlar təşkil edir, şagirdlərin biliklərə marağını artırır və komanda işinin inkişafına töhfə verir.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı