Azərbaycan və İsrail arasında elmi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin İsrail Dövlətinə səfəri çərçivəsində İsrail Dövlətinin innovasiya, elm və texnologiya naziri Gila Gamliel ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə İsrail Dövlətinin İnnovasiya, Elm və Texnologiya Nazirliyi arasında elmi əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumu ali təhsil müəssisələri və elmi müəssisələr arasında birgə elmi-tədqiqat yönümlü layihə imkanlarının araşdırılmasını nəzərdə tutur.
04/02/2026 14:32
Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və elmi tədqiqatlar naziri vəzifəsini icra edən Abdulrahman Al Avarın dəvəti ilə Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir. “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” mövzusunda baş tutan Dünya Hökumət Sammitinin 2026-cı il buraxılışında dünyanın müxtəlif ölkələrindən nazirlər daxil olmaqla, 6000-dən çox yüksəksəviyyəli iştirakçı, 400-dən çox nüfuzlu spiker, habelə 80-dən çox beynəlxalq təşkilat təmsil olunur. Sammit çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən təşkil olunan “Əməyin gələcəyi” mövzusunda nazirlər panelində iştirak edib. Panel zamanı əmək bazarının transformasiyası, elm və texnologiyanın iş dünyasına təsiri, eləcə də innovativ yanaşmaların və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparılıb.
04/02/2026 13:00
Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 27 fevral tarixində Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 13 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
04/02/2026 11:01
Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Kral Əbdüləziz Elm və Texnologiya Şəhərini ziyarət edib
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər zamanı Kral Əbdüləziz Elm və Texnologiya Şəhərini ziyarət edib, burada yaradılmış müasir laboratoriyalar, inkubasiya mərkəzi və innovasiya ekosistemi ilə tanış olub. Səfər çərçivəsində elm və təhsil naziri Kral Əbdüləziz Elm və Texnologiya Şəhərinin prezidenti Munir Eldesouki ilə görüşüb, görüş çərçivəsində əməkdaşlıq imkanları barədə ətraflı müzakirə aparılıb.
02/02/2026 20:40
Elm və təhsil naziri Kral Səud Universitetini ziyarət edib
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Kral Səud Universitetini ziyarət edib. Səfər çərçivəsində universitetin rektoru Ali Masmali ilə görüş keçirilib, Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
02/02/2026 19:15
Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyanın dəvəti əsasında Səudiyyə Ərəbistanı Krallığında səfərdədir. Səfər çərçivəsində elm və təhsil naziri Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında ali təhsil və peşə təhsili sahələrində cari əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb.
02/02/2026 19:03
Nazir müavini İsrail Dövlətinin təhsil naziri ilə görüşüb
Elm və təhsil nazirinin müavini Həsən Həsənli İsrail Dövlətinin təhsil naziri Yoav Kisch ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında ümumi təhsil, STEAM, o cümlədən ali təhsil sahələrində cari əməkdaşlıq və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
02/02/2026 18:30
Elm və təhsil nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Süni İntellekt Konfransında iştirak etmək məqsədilə İsrail Dövlətində səfərdədir. Səfər çərçivəsində Həsən Həsənli Microsoft şirkətinin Süni İntellekt üzrə innovasiya mütəxəssisi Michael Jabbour ilə görüşüb, süni intellektin təhsil sahəsində tətbiqi, rəqəmsal transformasiya və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
02/02/2026 18:00
Vətəndaş müraciətlərinin statistikası
Yanvarın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 22 530 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 4 889-u elektron, 922-i yazılı qaydada, 14 360-ı isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 359 müraciət qeydə alınıb. Müraciətlər olimpiadalar və müsabiqələr , “Rəqəmsal məktəb”, xarici diplomların təsdiqi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat və digər məsələlərlə bağlı olub
02/02/2026 16:15
Nazir müavini Firudin Qurbanov Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimində iştirak edib
Fevralın 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimi keçirilib. Tədbirdən öncə gənclər tərəfindən Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə ünvanladığı müraciəti səsləndirib. Tədbir çərçivəsində ölkəmizdə həyata keçirilən gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra dövlətimizin başçısının yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatlarına layiq görülmüş gənclərə mükafatlar təqdim olunub. Mükafatları Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov təqdim ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında gənclərin məşğulluğu istiqamətində görülən işlər barədə danışıb, nazirlik tərəfindən həyata keçirilən peşə hazırlığının gənclərin əmək fəaliyyətinə hazırlıq səviyyəsinin yüksəldilməsinə, innovativ düşüncə tərzinin və praktiki vərdişlərin inkişafına, habelə iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı kadr potensialının formalaşdırılmasına mühüm töhfə verdiyini bildirib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov gənclər siyasətinin əsasının birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğuna diqqət çəkib. Bildirib ki, ümummilli liderin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində gənclər siyasəti üzrə möhkəm hüquqi baza formalaşdırılıb, bu sahədə mühüm fərman və sərəncamlar qəbul olunub. Həmin sənədlər gənclərin inkişafına güclü stimul verib və onların cəmiyyətin fəal üzvlərinə çevrilməsində mühüm rol oynayıb. Firudin Qurbanov əlavə edib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət gənclər üçün aydın “yol xəritəsi”nə çevrilib. Məhz bu uğurlu siyasətin nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu tarixi prosesdə gənclərimizin göstərdiyi şücaət hər zaman xüsusi vurğulanır və onlara böyük dəyər verilir. Gənclərin xaricdə təhsilinə dövlət qayğısına da toxunan nazir müavini bildirib ki, “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nəticəsində 5000-dən çox Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub. Bundan başqa, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması dəstəklənir. Mədəniyyət nazirinin müavini Murad Hüseynov öz növbəsində qeyd edib ki, gənclərin dünyagörüşünün formalaşmasında mədəniyyət aparıcı rol oynayır və bu amil gənclər siyasətinin mahiyyətinə də öz təsirini göstərir. Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası Azərbaycanın milli kimliyinə əsaslanan, eyni zamanda, qlobal çağırışlara açıq olan müasir mədəniyyət modelini hədəfləyir. Burada əsas məqsəd mədəniyyəti yalnız qorunan bir dəyər deyil, inkişaf edən, cəmiyyətin bütün sahələrinə təsir göstərən canlı bir sistem kimi formalaşdırmaqdır. Forum sessiyalarla davam edib və qeyd olunub ki, fevralın 3-də Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli” sessiyası və “Gənclərin potensialı - milli inkişaf naminə” mövzusunda vörkşop olacaq. Xatırladaq ki, birinci Azərbaycan Gəncləri Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilib. Bununla da Azərbaycan Gəncləri Forumlarının keçirilməsi ənənəsi formalaşıb.
02/02/2026 15:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı