“Davamlı gələcək: gənclərin yaşıl innovasiyaları” adlı müsabiqə keçirilib
Oktyabrın 4-də COP29-un tərəfdaşlığı ilə “Davamlı gələcək: gənclərin yaşıl innovasiyaları” adlı müsabiqə keçirilib.
Müsabiqənin əsas məqsədi qlobal iqlim fəaliyyətinə dəstək, habelə gənc nəslin iqlim dəyişikliyi ilə mübarizə sahəsində yeni yanaşmalarını nümayiş etdirməkdir.
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən müsabiqəyə "Sabahın alimləri" XIII Respublika Müsabiqəsində uğur qazanan və layihələri ətraf mühitə, ekoloji problemlərə həsr olunmuş şagirdlər dəvət olunub.
Müsabiqədə Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov çıxış edərək üzləşdiyimiz ekoloji problemlər, qlobal iqlim dəyişikliyindən bəhs edib. İqlim dəyişikliyinin qlobal iqtisadiyyat, ətraf mühit və cəmiyyət üzərində böyük təsir göstərdiyini bildirən Tural Alışov Bakı İqlim Həftəsinin bu böhranın təsirlərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsində əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, müsabiqədə şagirdlərin layihələri yerli və xarici sahibkarlar, dövlət və özəl sektorun nümayəndələri, mütəxəssislər, qonaqlar tərəfindən dinlənilib və münsiflər heyəti tərəfindən qiymətləndirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
