• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xüsusi təhsil müəssisələrində vakansiyalar üçün müraciətin son günü

Fevralın 18-də xüsusi təhsil müəssisələrinə defektoloq və tərbiyəçi vəzifələri üzrə işə qəbul üçün vakansiya seçimi başa çatacaq. Vakansiya seçimi bu gün saat 18:00-dək davam edəcək.


Təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəllərdə təqdim edilib.


Namizədlər vakansiya seçimində iştirak etmək üçün qeyd edilən linkə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/USYJaEHGS462H5437


Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.


Növbəti mərhələdə seçilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq və müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.
 


3 il əvvəl