Boks idman növü üzrə Azərbaycan birinciliyi keçirilib
10-17 fevral 2022-ci il tarixlərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyası tərəfindən gənclər arasında boks idman növü üzrə Azərbaycan birinciliyi keçirilib.
Gənc boksçular arasında 13 çəki dərəcəsi üzrə təşkil olunan birinciliyə ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 50 komanda olmaqla 176 idmançı qatılıb.
Yarışda “Təhsil” Respublika İdman Mərkəzinin boksçuları 8 qızıl, 5 gümüş və 1 bürünc medal qazanıb. Mərkəz komanda hesabında 75 xalla birinci yeri tutaraq gənclər arasında Azərbaycan birinciliyinin qalibi olub və kubokla təltif olunub.
Birincilikdə “Neftçi” İdman Klubu (24 xal) ikinci, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti (12 xal) üçüncü yerə çıxıb.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
23.05.2025 - 17:13 -
Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb
22.05.2025 - 20:00 -
Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib
22.05.2025 - 17:00 -
“Quacquarelli Symonds” qlobal reytinq agentliyinin rəhbərliyi ilə görüş keçirilib
22.05.2025 - 12:40 -
Elm və təhsil naziri Beynəlxalq Bakalavriat (IB) təşkilatının baş direktoru ilə görüşüb
22.05.2025 - 11:14