Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

Təhsil sistemində süni intellekt həllərinin tətbiqi davam etdirilir. Elm və Təhsil Nazirliyi ilə “Google” şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün yeni imkanlar yaradılıb.    Artıq “Rəqəmsal məktəb”də qeydiyyatdan keçmiş müəllimlər “Google”un geniş alətlər toplusuna, o cümlədən süni intellekt əsaslı həllərə ödənişsiz çıxış əldə edirlər. Yaradılmış imkanlar müəllimlərin gündəlik işini daha səmərəli təşkil etməyə və tədris prosesini zənginləşdirməyə kömək edir.   Süni intellekt alətləri: "Gemini" və "NotebookLM"   İnteqrasiya olunan alətlər arasında xüsusi yer tutan "Gemini" və "NotebookLM" müəllimlər üçün praktik və gündəlik istifadə yönümlü imkanlar təqdim edir: • "Gemini" dərs planlarının hazırlanmasında, mövzuların izahında və qiymətləndirmə tapşırıqlarının yaradılmasında müəllimlərə dəstək olaraq dərsə hazırlıq prosesini sürətləndirir və məzmunun daha strukturlaşdırılmış şəkildə təqdim edilməsinə kömək edir. • "NotebookLM" müəllimlərin öz materialları əsasında işləməsinə imkan verərək yüklənmiş sənədlər üzrə xülasələrin hazırlanması, əsas məqamların müəyyənləşdirilməsi və sualların yaradılması kimi funksiyalar vasitəsilə materiallarla işi daha effektiv edir. • Bununla yanaşı, müəllimlər üçün "Google Classroom", "Docs", "Slides", "Sheets", "Forms", "Drive", "Meet", "Chat", "Calendar" və "Keep" kimi digər "Google" alətləri təqdim olunur və bu alətlər dərs idarəetməsi, məzmunun hazırlanması, ünsiyyət və əməkdaşlıq proseslərini vahid rəqəmsal mühitdə daha səmərəli təşkil etməyə imkan verir.    Təqdim olunan alətlər dərs planlaşdırmanın daha çevik təşkilinə imkan yaradır, tədris materiallarının hazırlanması və paylaşılması prosesini sadələşdirir. Eyni zamanda qiymətləndirmə daha sistemli şəkildə həyata keçirilir, fərdiləşdirilmiş yanaşmalar üçün imkanlar genişlənir və nəticədə müəllimlərin vaxtına əhəmiyyətli dərəcədə qənaət olunur.

Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianvei ilə görüşüb.    Görüşdə elm və ali təhsil, o cümlədən elmi-tədqiqat sahəsində PKTU ilə inkişaf istiqamətləri müzakirə edilib.   Görüş çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə PKTU arasında 6 ixtisas üzrə həyata keçirilən ikili diplom proqramları ətrafında fikir mübadiləsi aparılıb, sözügedən əməkdaşlığın yeni ixtisaslar və sahələr üzrə genişləndirilməsi perspektivləri vurğulanıb.    Eyni zamanda BMU-da PKTU ilə birgə yeni yaradılmış “PKTU–BMU Mühəndislik fakültəsi”nin iki ölkə arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb

Aprelin 17-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində Azərbaycanda səfərdə olan Sankt-Peterburq Dövlət Universitetinin prorektoru Sergey Andryuşin və Rusiya nümayəndə heyətinin üzvləri ilə görüşüb.  Görüş zamanı Hökumətlərarası Dövlət Komissiyanın iclası çərçivəsində razılaşdırılmış fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb.

Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub

Aprelin 17-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan Tekstil Assosiasiyası” və “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyinin nümayəndə heyətləri ilə görüşüb.    Görüşdə “Azərbaycan Tekstil Assosiasiyası”nın sədri Fəridə Axundova, “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyinin sədri Elnarə Nəhmədova, “AzEstetik Group MMC”nin direktoru Rəşad Qasımov iştirak ediblər.    Görüş çərçivəsində tekstil və gözəllik xidmətləri sahəsində peşə təhsili pilləsi üzrə tərəflər arasında geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

Aprelin 17-də elm və təhsil naziri Emin Əmrullayev Qusar şəhərində vətəndaş qəbulu keçirib.   Qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak ediblər.   Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub

Aprelin 17-də elm və təhsil naziri Emin Əmrullayev Qusar rayonuna səfəri çərçivəsində şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində olub.   Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, tədris prosesini izləyib, dərs mühiti, müəllim və şagirdlərin fəaliyyəti ilə maraqlanıb, şagirdlərlə maraq dairələri və gələcək planları barədə söhbət aparıb. Eyni zamanda tədrisin keyfiyyətinin artırılması istiqamətində məktəbdə görülən işlər barədə nazirə məlumat verilib.   Məktəbdə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib, onların yaradıcılıq qabiliyyətləri və əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib.   Nazir həmçinin müəllim kollektivi ilə görüşərək tədrisin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparıb, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb

Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz rayonuna səfəri çərçivəsində Quba-Xaçmaz regionu üzrə bir qrup təhsil işçisi ilə görüşlər keçirib.   Görüşlərdə gənc və təhsil nailiyyətləri yüksək olan müəllimlər, həmçinin tərbiyəçi müəllimlər, metodistlər, yüksək monitorinq nəticələri ilə seçilən ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər.   Görüşlər zamanı ölkədə həyata keçirilən təhsil islahatları, müəllim peşəsinin nüfuzunun artırılması, qabaqcıl təcrübələrin paylaşılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir yanaşmaların tətbiqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Nazir çıxışında müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinin qiymətləndirilməsinin və motivasiyasının artırılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.   Təhsil işçiləri ilə dialoq şəraitində keçən görüşlərdə iştirakçıların təklif və fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Görüşlər çərçivəsində nazir tərəfindən pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsil mühitinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilib.

Nazir müavini Firudin Qurbanov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclasında iştirak edib

Aprelin 16-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zəngilan şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında iştirak edib.   İclasda iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, sənaye, təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub.   Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.   Həmçinin Hökumətlərarası Dövlət Komissiyasının iclası çərçivəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov ilə Rusiya Federasiyasının maarif nazirinin müavini Andrey Korneyev arasında görüş keçirilib. Görüş zamanı ümumi təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub

Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində olub.   Əvvəlcə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.   Daha sonra sözügedən təhsil müəssisəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib.   Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarında keçirilən dərs prosesini izləyib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı tədrisin keyfiyyəti, təhsil mühitinin təşkili və şagirdlərin bilik və bacarıqlarının inkişafı məsələləri müzakirə olunub.   Sonra nazir peşə təmayüllü siniflər, STEAM yanaşmasının tətbiq olunduğu tədris mühiti, müasir tədris metodlarının tətbiqi ilə yaxından tanış olub, eləcə də “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində təşkil edilən dərsləri izləyib. Məktəbdə həyata keçirilən tədris prosesi və mövcud infrastruktur barədə nazirə ətraflı məlumat təqdim olunub. Nazir tərəfindən təhsil prosesinin daha da təkmilləşdirilməsi, innovativ yanaşmaların genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

“Mən, Lalə, bir də Şerlok Holms” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib

Aprelin 15-də Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi, İctimai Televiziya və Radio Yayımları Şirkəti və KAC Group Medianın birgə təşəbbüsü ilə hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.   Təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.   Salamlama nitqi ilə çıxış edən İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru Balakişi Qasımov filmin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edib, ekran əsərinin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib və onlara uğurlar arzulayıb.   Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son illər televiziya məkanında keyfiyyətli məzmunun təqdim olunmasının, xüsusilə təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kimi layihələr uşaqların maariflənməsinə və dünyagörüşünün formalaşmasına mühüm töhfə verir. Nazir çıxışının sonunda layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.   Layihənin ideya müəllifi Tural Sevdimalı çıxışında bildirib ki, əsas məqsəd film vasitəsilə uşaqlara düzgün dəyərləri aşılamaqdır. Onun sözlərinə görə, yaxın zamanda filmin tammetrajlı versiyasının çəkilişi planlaşdırılır. Ekran əsərinin gələcəkdə kinoteatrlarda nümayişi nəzərdə tutulur.   Qeyd edək ki, layihənin ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri isə Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını özündə birləşdirən serial hər biri 50 dəqiqə olmaqla 12 seriyadan ibarətdir.   Serialın birinci mövsümündə hadisələr Muradın yay tətilini keçirdiyi kənddə cərəyan edir. Onun kitablarla tanışlığı, xüsusilə Artur Konan Doylun əsərləri vasitəsilə Şerlok Holms obrazının təxəyyülündə canlanması süjetin əsas xəttini təşkil edir. Layihənin başlıca məqsədi mütaliənin insan həyatındakı rolunu ön plana çıxarmaqdır. Eyni zamanda, Muradın zəngin təxəyyülü vasitəsilə müxtəlif tarixi və mədəni şəxsiyyətlər canlandırılır ki, bu da seriala maarifləndirici məzmun qazandırır. Layihədə uşaqlara dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydaları kimi dəyərlər aşılanır.   Yeni mövsümdə hadisələr 11 yaşlı Muradın ətrafında inkişaf edir. O, “Əlaçı” bilik yarışmasının qalibi olmağı arzulasa da, qaydalara əsasən yarışmada iştirak hüququnu itirir. Buna baxmayaraq, Murad Lalənin öz kəndlərini təqdim etməsi üçün ona dəstək olur və hazırlıq prosesində fəal iştirak edir. Süjet xəttində uşaqlar arasında rəqabət, dostluq münasibətləri və seçim qarşısında qalmaq kimi mövzular ön plana çıxır. Muradın xəyali dostu olan məşhur detektiv Şerlok Holms bu mövsümdə də ona dəstəyini davam etdirir.   “Mən, Lalə, bir də Şerlok Holms 2” serialı aprelin 19-dan etibarən İctimai TV-nin efirində tamaşaçılara təqdim olunacaq.   AZƏRTAC

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı