Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43
Bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır.
Proqramın əsas xüsusiyyətləri aşağıdakılardır:
*Beynəlxalq təcrübə əsasında ilk dəfə pilot olaraq tədris əsaslı doktorantura proqramları;
*İlkin olaraq pilot qaydada 4 müəssisədə (ARTİ, BDU, ADNSU, BANM) 7 elm sahəsi (riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika) üzrə 80 doktorant;
*Təhsil minimum 4 il: 2 il tədris və tədqiqat, növbəti 2 il isə yalnız tədqiqat;
*Yalnız dövlət sifarişi əsasında və əyani təhsilalma forması üzrə təhsil;
*Qəbul olunanlara doktorantura təqaüdü ilə yanaşı, əlavə olaraq yüksək məbləğdə SABAH təqaüdü;
*Doktorantlara qəbul olunduqları müəssisələrdə elmi-pedaqoji istiqamətdə rəsmi əmək fəaliyyəti.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plana əsasən respublika üzrə fəlsəfə doktoru proqramı üçün 1388 yer ayrılıb. Ötən illə müqayisədə qəbul yerlərinin sayı 213 yer (18%) artırılıb. 90 müəssisə üzrə 300-ə yaxın ixtisasa qəbul planlaşdırılır. Bu yerlərdən 65 % ali təhsil müəssisələri, 35% isə elmi müəssisələr üzrə nəzərdə tutulub.
Bildiririk ki, artıq son 2 ildə doktoranturaya qəbul yalnız fəlsəfə doktoru proqramı üzrə aparılır. Eyni zamanda son 2 ildə ölkə üzrə ali təhsil müəssisələrinə qəbul olan bütün doktorantlar yalnız dövlət sifarişli – ödənişsiz təhsil alır. Növbəti il üçün də müraciət edən bütün doktorantların yalnız dövlət sifarişi üzrə qəbulu proqnozlaşdırılır.
Xatırladaq ki, ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
