Elm və təhsil nazirinin müavini “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda iştirak edib
25.05.2026 - 18:35
Mayın 25-də Xarici İşlər Nazirliyi, Bakı Dövlət Universiteti, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və Afrika ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirlikləri ilə birgə “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans təşkil olunub.
Konfransın açılış mərasimində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, eləcə də Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adil Embarch çıxış ediblər.
Tədbirdə Afrika qitəsi ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ekspertlər və ölkəmizdə təhsil alan afrikalı tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, hazırda 40 Afrika ölkəsindən 360-dan çox tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alır. Nazir müavini afrikalı tələbələr üçün təqdim olunan təqaüd imkanlarını xüsusi vurğulayıb.
Sonda nazir müavini Afrika ölkələri ilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Çıxış edən digər rəsmilər Azərbaycan ilə Afrika ölkələri arasında diplomatik, təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayaraq bu cür tədbirlərin qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildiriblər.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
