Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblərdə payız tətili

Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.   Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.   Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Respublika fənn olimpiadalarına qeydiyyat başlayır

11 noyabr saat 11:00-dan Respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə start verilir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər:   - 11-24 noyabr 2022-ci il tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi; - 25-28 noyabr 2022-ci il tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi; - 29 noyabr-7 dekabr 2022-ci il tarixlərində isə buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesi həyata keçiriləcək. Olimpiadada iştirak etmək istəyən şagirdlərin qeydiyyatlarının tamamlandığına dair onların şəxsi kabinetlərindəki əlaqə nömrələrinə SMS bildiriş göndəriləcək, eyni zamanda qeydiyyat pəncərəsində “Qeydiyyatınız tamamlandı” yazısı görünəcək.   2022-2023-cü tədris ili üçün Respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir. Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də oflayn qaydada əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.  Respublika fənn olimpiadaları "Kapital Bank" ilə əməkdaşlıq əsasında həyata keçirilir.   Respublika fənn olimpiadaları ilə bağlı ən çox verilən suallar və onların cavabları  

İsveçrədə təhsil üçün tələsin!

İsveçrənin Cenevrə Universiteti BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində 2023-2024-cü tədris ili üzrə magistratura səviyyəsinə Avropa və beynəlxalq idarəçilik (MEIG) proqramı üçün təqaüd proqramı elan edir.   Tam təqaüd proqramı təhsil haqqı və yaşayış xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 15 noyabr 2022-ci il tarixinədək tələb olunan bütün sənədlərlə birgə MEIG proqramının rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etməlidirlər.   Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

“ZəfərFest – 2” yaradıcılıq sərgi-festivalı keçirilib

Noyabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “ZəfərFest – 2” yaradıcılıq sərgi-festivalı keçirilib.    Festivalda tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivi, rəsmi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.   Tədbirin sərgi hissəsində nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri yetirmələrinin Zəfər Günü ilə bağlı hazırladıqları 75 rəsm və əl işlərinə baxış keçirilib.   Bədii hissədə uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin kollektivi olmaqla ümumilikdə 300-dən çox məktəblinin iştirakı ilə böyük səhnədə Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.   Qeyd edək ki, sərgi-festivalın məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsindən ibarət olub.

Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ili üzrə xarici ali təhsil müəssisələrinin siyahısı

Elm və Təhsil Nazirliyi tərəfindən "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısı müəyyən edilib.   Siyahı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq razılaşdırılıb.    Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizinin ali təhsilin magistratura səviyyəsini əhatə edəcəyi də nəzərə alınaraq, müvafiq siyahı 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan 575 bakalavriat və 3 551 magistratura olmaqla, ümumilikdə 4 126 təhsil proqramını əhatə edir.    Müvafiq siyahıda bakalavriat təhsil səviyyəsi üzrə yer alan ümumilikdə 575 proqramın 33 faizini fundamental və tətbiqi elmlər, 22 faizini mühəndislik, 20 faizini isə informasiya texnologiyaları təşkil edir. Magistratura təhsil səviyyəsi üzrə isə 3 551 proqram arasında fundamental və tətbiqi elmlər (24%), mühəndislik (19%), informasiya texnologiyaları (12%) və statistika və verilənlərin təhlili (10%) üstünlük təşkil edir.    Qeyd edək ki, sözügedən siyahıda bakalavriat təhsil səviyyəsi üzrə informasiya texnologiyaları, mühəndislik, fundamental və tətbiqi elmlər, energetika, aviasiya və kosmos, arxitektura və dizayn, iqtisadiyyat və kənd təsərrüfatı ixtisas sahələri üzrə proqramlar yer alır.   Magistratura təhsil səviyyəsində isə Dövlət Proqramının bütün prioritet ixtisas sahələrinə aid proqramlar üzrə təhsil almaq mümkündür.   Müvafiq siyahı ilə keçiddən tanış olmaq mümkündür.   Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramları üzrə qəbul sənədlərini əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququ əldə edə biləcəklər.    Müsabiqə barədə ictimaiyyətə məlumat veriləcək.

Bakıda “IT Academy”nin rəsmi açılış mərasimi keçirilib

Noyabrın 5-də Elm və Təhsil və  İqtisadiyyat nazirliklərinin birgə dəstəyi ilə “IT Academy”nin rəsmi açılış mərasimi keçirilib.     Tədbirdə müvafiq hökumət qurumlarının nümayəndələri, "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru Andrey Lobanov, həmçinin “IT Academy”nin tərəfdaşları olan “Baku Steel Company”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri salamlama nitqi ilə çıxış ediblər.    Elm və təhsil nazirinin müavini Muxtar Məmmədov layihəyə marağın böyük olduğunu qeyd edib, “IT Academy”nin texnoloji inkişafa töhfə verəcəyini vurğulayıb. Nazir müavini 2017-ci ildən ümumi təhsil müəssisələrində həyata keçirilən "Rəqəmsal bacarıqlar" layihəsi barədə də məlumat verib.   İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, hazırda dünya iqtisadiyyatı yeni imkanlar vəd edən rəqəmsallaşma prosesindədir. Buna görə də iqtisadiyyatın rəqəmsallaşması uzunmüddətli məqsəd kimi qarşıya qoyulub. Yeni texnologiyaların davamlı tətbiqi və rəqabətqabiliyyətli insan kapitalı, dayanıqlı iqtisadiyyatın inkişafı Azərbaycanın da prioritetləri sırasındadır. Bu baxımdan Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün müvafiq addımlar atılır.   "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru Andrey Lobanov informasiya texnologiyaları üzrə mütəxəssislərin hazırlanmasının əhəmiyyətindən və “It Academy”nin tədris prosesində tətbiq etdiyi metodlardan danışıb.   Tədbirdə qabaqcıl mütəxəssislər müvafiq sahə ilə bağlı öz bilik və təcrübələrini bölüşüb, İT-nin inkişaf perspektivləri barədə müzakirələr aparılıb.    Sonra “IT Academy” kurslarının təqdimatı keçirilib və tədbir iştirakçılarına bu mövzuda ətraflı məlumat verilib.    Kurslar haqqında ətraflı məlumat “IT Academy”nin rəsmi saytından, sosial şəbəkə səhifələrindən və ya +994 12 310 15 69 nömrəsinə zəng etməklə əldə edilə bilər.   Qeyd edək ki, “IT Academy” layihəsi Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

İsveçrədə təhsil təqaüd proqramı

İsveçrənin Cenevrə Universiteti BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində 2023-2024-cü tədris ili üzrə magistratura səviyyəsinə Avropa və beynəlxalq idarəçilik (MEIG) proqramı üçün təqaüd proqramı elan edir.   Tam təqaüd proqramı təhsil haqqı və yaşayış xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 15 noyabr 2022-ci il tarixinədək tələb olunan bütün sənədlərlə birgə MEIG proqramının rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etməlidirlər.   Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

"Təhsildə yeni çağırışlar" III beynəlxalq forumu keçirilib

Noyabrın 5-də "Təhsildə yeni çağırışlar" III beynəlxalq forumu keçirilib.    Beynəlxalq forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı ilə hibrid formatda baş tutub.   Elm və təhsil naziri Emin Əmrullayev, İƏİT təmsilçiləri, 20-ə yaxın ölkənin nümayəndələri, rektor, professor, elm və təhsil xadimləri, müəllimlər, məktəb direktorları və digər qonaqların iştirak etdiyi forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, müasir dövrün təhsil tələblərini nəzərdən keçirmək olub.    Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə forumun təhsil ictimaiyyəti üçün əhəmiyyətini qeyd edib.    Beynəlxalq qiymətləndirmə tədqiqatlarından danışan nazir bildirib ki, bu tədqiqatlarda iştirak bizi qlobal təhsil sisteminin bir üzvünə çevirir, eyni zamanda müxtəlif ölkələrdən olan həmkarlarla fikir mübadiləsi aparmaq imkanı yaradır. Nazir sözügedən forumun bu qəbildən olduğunu vurğulayıb.   Emin Əmrullayev diqqətə çatdırıb ki, son bir neçə il ərzində PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ölkədə təhsilin inkişafının əsas hədəflərindən biri kimi müəyyən olunub. Nazirin sözlərinə görə, PISA bizə yalnız rəqəm deyil, həm də kifayət qədər ciddi elm və dəlillər verir.   Elm və təhsil naziri çıxışında onu da qeyd edib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində təhsilin ayrıca bölmə kimi yer alması, hədəflərin müəyyən olunması təhsil işçiləri qarşısında konkret məqsədlər qoyur.   Emin Əmrullayev çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.    Daha sonra foruma onlayn qatılan UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini çıxış edib. Stefania Giannini bildirib ki, təhsil sosial xidmətdir və rəqəmsal inqilabdan təhsil üçün istifadə etmək əsas hədəf olmalıdır. Stefania Giannini əlavə edib ki, auditoriyada təcrübəli, bacarıqlı müəllimlər təhsil sisteminin idarəçisi kimi əsas rol oynamalıdırlar.    Stefania Giannini Azərbaycan hökuməti tərəfindən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinə təhsil üzrə bölmənin daxil edilməsini və bu sahədə həyata keçirilən işləri yüksək qiymətləndirib.    Daha sonra forumun əsas məruzəçisi İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer "Öyrənənləri gələcəyə necə hazırlayaq?" mövzusunda geniş təqdimatla çıxış edib.    Gələcəyin təhsilindən danışan Andreas Şleyxer qeyd edib ki, məktəblər artıq rəqəmsal transformasiyaya keçid ediblər və bununla da öyrənmənin təbiəti, həmçinin alətləri dəyişir. Öyrənmə prosesində rəqəmsal texnologiyaların istifadəsinə toxunan Andreas Şleyxer bildirib ki, bu öyrənməni daha əyləncəli və effektli edir. Bu prosesdə müəllimin rolu yüksək olaraq qalır.    Forumda Portuqaliya Təhsilin Qiymətləndirilməsi İnstitutunun İdarə Heyətinin sədri, PISA İdarə Heyətinin Portuqaliyadakı təmsilçisi Luiz Pereira dos Santos, Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumtəhsil şöbəsinin məsləhətçisi, ölkənin PISA üzrə koordinatoru Maye Kitsinq, PISA-nın baş analitiki Maryo Piaçentini, ABŞ Milli Təhsil və İqtisadiyyat Mərkəzinin Baş Tədqiqat üzrə Direktoru Tresi Börns, İƏİT-in baş analitiki, Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin direktor müavini Stefan Vinsen Lankren, İƏİT-in Təhsil və Bacarıqlar şöbəsinin Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin analitiki Mark Fuster təqdimatla çıxış ediblər.    Təqdimatlar “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həlldirmi?” və digər mövzuları əhatə edib.    Forumda “Rəqəmsal dünyada öyrənmək necə təşkil edilməlidir?”, “Hansı yeni məktəb modellərinə ehtiyac var?”, “Təhsildə təlim prosesinin və məzmunun gələcəyi necə olacaq?”, “Gələcəyə necə insan hazırlamalıyıq?” sualları ətrafında müzakirələr aparılıb.

III beynəlxalq forum öz işinə başlayıb

Noyabrın 5-də "Təhsildə yeni çağırışlar" III beynəlxalq forumu öz işinə başlayıb.    Forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, Təhsil İnstitutu, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda keçirilir.   Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.   "Daha təhsilli gələcək" şüarı ilə keçirilən beynəlxalq forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək.    Forum çərçivəsində beynəlxalq spikerlərin “Öyrənənləri gələcəyə necə hazırlayaq?”, “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həlldirmi?” və digər mövzularda çıxışları nəzərdə tutulub.   Forum işini davam etdirir.  

“Təhsildə yeni çağırışlar” III beynəlxalq forumu keçiriləcək

Noyabrın 5-də “Təhsildə yeni çağırışlar” III beynəlxalq forumu keçiriləcək. Forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, Təhsil İnstitutu, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda olacaq. Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. "Daha təhsilli gələcək" devizi ilə keçiriləcək beynəlxalq forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək.   Forum "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "XXI əsrin tələblərinə uyğun təhsil" istiqamətini, İƏİT-in "Təhsil və bacarıqların gələcəyi - 2030" sənədini, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı inkişaf məqsədlərindən biri olan keyfiyyətli təhsil məqsədini rəhbər tutur. Xatırladaq ki, noyabrın 2-dən 4-dək Bakıda PISA İdarə Heyətinin 54-cü görüşü keçirilib.  PISA İdarə Heyətinin iclası ilə əlaqədar dünyanın 46 ölkəsindən 70-dən çox ekspert Bakıda səfərdə olub.   PISA ilə bağlı qısa videoçarxı təqdim edirik:    

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı