III beynəlxalq forum öz işinə başlayıb
Noyabrın 5-də "Təhsildə yeni çağırışlar" III beynəlxalq forumu öz işinə başlayıb.
Forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, Təhsil İnstitutu, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda keçirilir.
Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
"Daha təhsilli gələcək" şüarı ilə keçirilən beynəlxalq forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək.
Forum çərçivəsində beynəlxalq spikerlərin “Öyrənənləri gələcəyə necə hazırlayaq?”, “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həlldirmi?” və digər mövzularda çıxışları nəzərdə tutulub.
Forum işini davam etdirir.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak edib
24.01.2025 - 21:00 -
“İnsan kapitalı və təhsil” üzrə İşçi qrupunda 2024-cü ilin yekunları müzakirə olunub
24.01.2025 - 15:37 -
Elm və təhsil nazirinin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
23.01.2025 - 10:50 -
Elm və təhsil naziri Suraxanı rayonunun məktəb direktorları ilə görüşüb
22.01.2025 - 21:19 -
Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb
21.01.2025 - 21:17