• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İsveçrədə təhsil təqaüd proqramı

İsveçrənin Cenevrə Universiteti BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində 2023-2024-cü tədris ili üzrə magistratura səviyyəsinə Avropa və beynəlxalq idarəçilik (MEIG) proqramı üçün təqaüd proqramı elan edir.

 

Tam təqaüd proqramı təhsil haqqı və yaşayış xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 15 noyabr 2022-ci il tarixinədək tələb olunan bütün sənədlərlə birgə MEIG proqramının rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etməlidirlər.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.


2 il əvvəl