Koreyada təhsil alan azərbaycanlı tələbələrlə görüş
Elm və Təhsil Nazirliyinin və Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndələri Koreya Respublikasına səfər edib.
Nümayəndə heyətinin tərkibində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, BMU-nun rektoru Havar Məmmədov, BMU-İnha ikili diplom proqramının direktoru Humay Cəfərli, BMU-nun prorektoru Mənafəddin Namazov təmsil olunur.
Səfər çərçivəsində KAİST Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
Görüş zamanı bildirilib ki, hazırda universitetdə müxtəlif təhsil pillələri üzrə 47 azərbaycanlı tələbə oxuyur.
Nümayəndə heyəti həmçinin KAİST universitetinin vitse-prezidenti Man-Sunq Yim ilə görüşüb və gələcək əməkdaşlığın qurulmasına dair müzakirələr aparıb.
Qeyd edək ki, səfərin əsas məqsədi “2019-2023 Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreya Respublikasının İnha Universiteti arasında mühəndislik sahəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına dair müzakirələrin aparılmasıdır.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
