• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri

Menyu

SUALIM VAR Elektron sənəd yoxlanışı

Doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransı

Noyabrın 23-də Təhsil İnstitutu və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransının (NASCO XXV) açılış mərasimi keçirilib. 
  
Konfransda giriş nitqi ilə çıxış edən təşkilat komitəsinin sədr müavini, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədbirlə bağlı hesabat təqdim edib. 
  
Elm və təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sahəsində gənc alimlərin inkişafı üçün şərait yaradılmasının üstünlüyündən danışıb. 
  
Daha sonra Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə süni zəka üzrə yeni qanunvericilik, qlobal trendlər, doktorantura və akademik laboratoriyalarda təcrübə haqqında çıxış edib. 
  
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı Könül Qəhrəmanova da öz növbəsində “Azərbaycanda kimya elmi: dünəni, bu günü və gələcək inkişaf perspektivləri” mövzusunda məruzə edib. 
  
Konfransa ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayıb və konfrans iştirakçılarına uğurlar arzulayıb. 
  
Çıxışlardan sonra elmi konfrans panellər və bölmə iclasları ilə davam etdirilib. 


Konfrans noyabrın 24-də öz işini davam etdirəcək. 
 


23.11.2022 - 16:29