Elm və Təhsil Nazirliyində YAP-ın 30 illik tədbiri
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə Elm və Təhsil Nazirliyində çalışan veteran partiyaçılarla və partiya sıralarına yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib.
Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən söz açıb.
Daha sonra Ərazi Partiya Təşkilatının sədri Rauf Orucov, partiya fəalları Əhliyyət Adıgözəlov, Fərzəli Qədirov və digərləri YAP-ın keçdiyi yol, cəmiyyətdə rolu barədə öz fikirlərini bildiriblər.
Görüş zamanı təhsil ictimaiyyətinin partiyanın fəaliyyəti istiqamətində gördüyü işlərdən də bəhs olunub.
İclasda Elm və Təhsil Nazirliyi Ərazi üzrə Partiya Təşkilatının İdarə heyətinin yeni üzvlərinə biletlər təqdim edilib.
Sonda veteran partiyaçılara hədiyyələr verilib.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
