HTP çərçivəsində Çində təhsil
3 il əvvəl
Çin Xalq Respublikası 2023-2024-cü tədris ili üçün təqaüd proqramı elan edir.
Təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına sənəd qəbulu 25 dekabr 2022-ci il tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2023-cü ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
