Lənkəran Dövlət Universitetinin 30 illik yubileyi
Dekabrın 17-də Lənkəran Dövlət Universitetinin (LDU) 30 illik yubileyi qeyd edilib.
Yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış elm xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ardınca isə Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov kollektivi LDU-nun 30 illik yubileyi münasibətilə təbrik edib, rəhbərlik etdiyi təhsil müəssisəsinin 30 ildə keçdiyi inkişaf yolundan ətraflı söz açıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında yubiley münasibətilə LDU kollektivini təbrik edib, son illərdə universitetdə görülən işləri müsbət dəyərləndirib, bunu yüksək idarəetmənin və kollektiv işin uğuru adlandırıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov da öz növbəsində kollektivə xoş arzularını çatdırıb, LDU-nun rayonun, bölgənin elmi-mədəni həyatında oynadığı əhəmiyyətli rol barədə danışıb.
Ölkə universitetlərinin rektorları adından çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev LDU kollektivinə arzularını ifadə edib və Natiq İbrahimova xatirə hədiyyəsi təqdim edib.
Daha sonra universitetin 30 illik yubileyi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə, eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən təltif edilən əməkdaşlara dövlət təltifləri və mükafatlar təqdim edilib.
Mərasimdə yubileylə bağlı LDU-ya ünvanlanan təbrik məktubları oxunub və 30 illik yolu əks etdirən videoçarx nümayiş etdirilib.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
