Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri qırğız müəllim və şagirdlərlə görüşüb

Dekabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Qırğız Respublikasının şagird və müəllim heyətinin iştirak etdiyi STEAM yönümlü təlimlərin gedişatı ilə tanış olub.  


Bildirilib ki, təlimlər çərçivəsində Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının şagird-müəllim heyətinə STEAM təhsili haqqında baza informasiya, layihənin əsas hissəsi olan fənlərin inteqrasiyası öyrədilir. Həmçinin iştirakçılar problem və layihə əsaslı öyrənmə (PBL), 3D modelləşdirmə, mikrobit sisteminə uyğun olaraq kodlaşdırma haqqında biliklər əldə edirlər. 


Azərbaycan və Qırğızıstan arasında STEAM çərçivəsində mövcud əməkdaşlığı yüksək qiymətləndirən Emin Əmrullayev bu əməkdaşlığın gələcəkdə davamlı olmasını arzulayıb, iştirakçılara uğurlar diləyib.  


Sonra fikirlərini bölüşən iştirakçılar dünyada aktual və müasir olan STEAM layihəsini Azərbaycanda öyrənməkdən məmnun olduqlarını dilə gətiriblər. Ölkəmizin STEAM təcrübəsindən yararlanan nümayəndə heyəti öz ölkələrində burada qazandıqları təcrübəni tətbiq etməyə maraqlı olduqlarını da diqqətə çatdırıblar. 


Qeyd edək ki, Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının 49 nəfərdən ibarət şagird-müəllim heyəti təcrübə mübadiləsi çərçivəsində “STEAM Azərbaycan” layihəsi ilə tanış olmaq məqsədilə Azərbaycanda səfərdədir. 
 


3 il əvvəl