Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin seçim mərhələsi

17-18 dekabr tarixlərində paytaxt və bölgələr üzrə “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin seçim mərhələsi keçirilib. 
  
Seçim mərhələsi onlayn və oflayn qaydada keçirilib. Müsabiqəyə müstəqil şəkildə onlayn qoşula bilməyənlər üçün 54 şəhər üzrə 100-dən çox məktəbdə xüsusi mərkəzlər təşkil edilib. Seçim mərhələsinin nəticələrinə əsasən uğur əldə edən 300 şagird dekabrın 26-da Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. 
  
Qeyd edək ki, müsabiqədə iştirak üçün 19 000 şagird qeydiyyatdan keçib. 
  
Müsabiqə Elm və Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə IV-IX sinif şagirdləri arasında keçirilir. 
  
Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır. Həmçinin bütün sahələrə təsir etmiş innovativ texnologiyaların inkişaf perspektivini şagirdlərə göstərmək və bu prosesdə necə iştirak edə biləcəklərinə dair ilkin anlayışın onlara verilməsidir.


3 il əvvəl