Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bir olaq, birgə şənlənək!” adlı tədbir keçirilib

Dekabrın 24-də Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Bir olaq, birgə şənlənək!” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib.


Tədbirdə şəhid ailələrinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat, eləcə də ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. 

 

Musiqili-əyləncəli tamaşada 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin teatr dərnəyinin aktyorları, rəqs kollektivinin uşaqları və gənc vokalçılar maraqlı proqramla çıxış edərək nağıl qəhrəmanlarını canlandırıblar.

 

Mərkəzin rəqs qruplarının ifasında qış mövzusu, o cümlədən Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbə ilə bağlı rəqslər nümayiş olunub.

Sonda bütün uşaqlara hədiyyələr təqdim olunub.


3 il əvvəl