Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının VI hesabat-seçki konfransı baş tutub
Dekabrın 23-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) VI hesabat-seçki konfransı keçirilib.
Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ATGTİ-nin sədri Pərviz Mirələmli İttifaqın 2020-2022-ci illər üzrə fəaliyyətini əks etdirən hesabatla çıxış edərək ötən dövr ərzində qarşıya qoyulan hədəflər, strateji plan və atılan əsaslı addımlar barədə söz açıb, həyata keçirilən layihələr və qazanılan uğurları vurğulayıb.
İttifaqın ikiillik yekun hesabatını özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək ATGTİ-nin dövlət gənclər siyasətinin icrasındakı rolu, bu istiqamətdə tərəfdaşlarla birlikdə həyata keçirdiyi kütləvi layihələrin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda gənclərin istər fiziki, istərsə də mənəvi sağlamlığının təşviq edilməsi yönündə, habelə onların müasir tələblərə uyğun bilik və bacarıqlarının inkişafında, ən əsası isə məsuliyyətli vətəndaş kimi formalaşmalarında tələbə təşkilatlarının fəaliyyətinin önəmi qeyd edilib.
Daha sonra ötən müddətdə göstərdikləri səmərəli tərəfdaşlığa görə bir sıra gənclər təşkilatlarına təşəkkürnamələr təqdim olunub.
Konfransın sonunda seçki keçirilib və Pərviz Mirələmlinin növbəti müddət üçün də ATGTİ-nin sədri vəzifəsini tutacağı elan edilib.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
