Nazir Saatlıda vətəndaşları qəbul edib
Dekabrın 23-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı, İmişli, Sabirabad və Beyləqan rayonlarında qeydiyyatda olan sakinləri qəbul edib. Qəbulda qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
