Əlavə vakansiya seçimində uğur qazanan namizədlərin müsahibə nəticələri
Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində uğur qazanan şəxslərin müsahibə nəticələrinə dair məlumat şəxsi səhifələrinə göndərilib. Müsahibələr dekabrın 28-də onlayn təşkil olunub. Qeyd edək ki, müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
17/01/2023 16:00
Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 27 yanvar 2023-cü il tarixində Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayon sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 19 yanvar 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür. Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
17/01/2023 10:55
20 Yanvara həsr olunmuş xüsusi dərslər
Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib. Plana əsasən təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulur.
16/01/2023 14:57
Təhsil krediti almaq istəyən tələbələrin nəzərinə!
16 fevral saat 00:00-dan etibarən 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün qeydiyyat yekunlaşacaq. Yaz semestri üzrə təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə Təhsil Tələbə Krediti Fonduna elektron formada müraciət edə bilərlər. Payız semestri üzrə alınan notarial qaydada təsdiqlənmiş ərizə yaz semestri üçün də keçərlidir. Qeydiyyat linki: www.e-ttkf.edu.az Qeyd edək ki, 2022-2023 tədris ilinin payız semestrində ümumilikdə 5560 tələbə təhsil kreditindən yararlanıb. Onlardan 2120-si sosial, 3440-ı standart kreditdir.
16/01/2023 12:55
Çində təhsil üçün seçilmiş namizədlərlə müsahibələr davam edir
Yanvarın 11-dən etibarən Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2023-2024-cü tədris ili üzrə Çin Xalq Respublikasında təhsil almaq üçün müraciət edənlər sırasından seçilmiş namizədlərlə müsahibələr başlayıb. Müsahibələr “Microsoft Teams” platforması vasitəsilə onlayn şəkildə olmaqla müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri, həmin sahələrin ekspertləri tərəfindən aparılır. Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.
14/01/2023 12:42
Türkiyədə təhsil imkanı
Türkiyə Respublikası tərəfindən 2023-2024-cü tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqrama sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2023-cü ildir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
13/01/2023 15:52
Tələbələrin təqaüdləri artırılıb
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib: 1.1. Doktorantura pilləsi üzrə: 1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 manat; 1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat. 1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında: 1.2.1. magistratura səviyyəsi üzrə: 1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat; 2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat; 3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat; 1.2.2. bakalavriat səviyyəsi üzrə: 1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat; 2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat; 3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat. 1.3. Orta ixtisas təhsili müəssisələrində: 1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 manat; 1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 manat; 1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 manat. 1.4. Peşə təhsili müəssisələrində: 1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 manat; 1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 manat; 1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 manat. Ölkə başçısının müvafiq Fərmanı ilə isə ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılaraq 275 manat müəyyən edilib.
13/01/2023 11:15
İmişli rayonu Aranlı kənd məktəbində görüş
Yanvarın 12-də elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar. Məktəbdə mövcud şəraitlə yaxından tanış olan qonaqlar məktəb kollektivi və valideynlərlə görüşüb, onlarla səmimi söhbət aparıblar. Nazirin müşaviri Elnur Nəsibov son günlər sözügedən məktəblə bağlı gündəmə gələn məsələyə diqqət çəkərək bildirib ki, Elm və Təhsil Nazirliyi vətəndaşların, eləcə də müəllimlərin, şagirdlərin müraciət və problemlərini hər an dinləməyə hazırdır və bu məsələlərə xüsusi həssaslıqla yanaşaraq onların çevik həllinə çalışır. Məktəbdə sağlam pedaqoji mühitin mövcudluğunun əsas şərtlərdən biri olduğunu vurğulayan Elnur Nəsibov məhz belə mühitin təhsil müəssisəsinin göstəricilərinin daha da yaxşılaşmasına və onun inkişafına şərait yaratdığını bildirib. Məktəb infrastrukturunun yenidən qurulması istiqamətində görülən işləri diqqətə çatdıran nazirin müşaviri Mil-Muğan regionundakı qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikintisi və ya əsaslı təmiri ilə bağlı işlərin davamlı olaraq həyata keçiriləcəyini bildirib. Elnur Nəsibov həmçinin qəzalı vəziyyətdə olan Aranlı kənd 1 nömrəli tam orta məktəbi üçün cari ildə yeni tədris binasının layihələndirmə işlərinə başlanılacağını vurğulayıb. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təmsil etdiyi qurumun vətəndaşları dinləməyə hər zaman açıq olduğunu və bu kimi məsələlərin xüsusi diqqətdə saxlanıldığını əlavə edib. Daha sonra kollektivin, eləcə də valideynlərin şikayət və təklifləri dinlənilib, bu məsələlərin həlli yönündə müvafiq işlərin aparılacağı qeyd edilib.
12/01/2023 17:13
Şagird yerdəyişməsi sabah dayandırılacaq
13 yanvar saat 17:00-dan etibarən 2022-2023-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
12/01/2023 11:10
“Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi
Yanvarın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinə start verilib. Müsabiqə Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ETN sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir. Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir. Müsabiqə 4 nominasiya – şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs üzrə 3 mərhələdə keçirilir. I mərhələ – 9 yanvar-28 fevral 2023-cü il tarixlərində keçirilir. Bu mərhələdə peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən hər nominasiya üzrə iştirakçılar müəyyənləşdirilir və onlar haqqında məlumatlar (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi şeir, mahnı, rəqsin adı, şəxsiyyət vəsiqəsinin surəti) Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron poçt ünvanına (grbye@mk.edu.az) göndərilir. II mərhələ – 1 mart-4 aprel 2023-cü il tarixlərində zonalar üzrə keçirilir. Bu mərhələyə müsabiqənin I mərhələsində hər nominasiya üzrə I yeri tutan iştirakçılar qatılır. 1. 1 mart saat 12:00-da Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl, Daşkəsən, Goranboy, Kəlbəcər, Naftalan peşə və orta ixtisas təhsili müəssisələri üzrə Gəncə Musiqi Kollecində; 2. 7 mart saat 12:00-da Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, Cəbrayıl peşə və orta ixtisas təhsili müəssisələri üzrə Lənkəran Humanitar Kollecində; 3. 9 mart saat 12:00-da Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Yevlax, Füzuli, Zərdab, Laçın peşə və orta ixtisas təhsili müəssisələri üzrə Ağcabədi Pedaqoji Kollecində; 4. 14 mart saat 12:00-da Qəbələ, İsmayıllı, Balakən, Zaqatala, Qax, Oğuz, Şəki peşə və orta ixtisas təhsili müəssisələri üzrə İsmayıllı Peşə Tədris Mərkəzində; 5. 15 mart saat 12:00-da Şamaxı, Göyçay, Ağdaş, Kürdəmir, Ağsu peşə və orta ixtisas təhsili müəssisələri üzrə Şamaxı Humanitar Kollecində; 6. 15 mart saat 12:00-da Naxçıvan Muxtar Respublikası peşə və orta ixtisas təhsili müəssisələri üzrə Naxçıvan Musiqi Kollecində; 7. 16 mart saat 12:00-da Şirvan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala peşə və orta ixtisas təhsili müəssisələri üzrə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində; 8. 17 mart saat 12:00-da Sumqayıt, Abşeron, Xaçmaz, Quba, Siyəzən, Qusar, Xızı, Şabran peşə və orta ixtisas təhsili müəssisələri üzrə Sumqayıt Musiqi Kollecində; 9. Bakı şəhərində yerləşən peşə və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar seçim 29 mart saat 11:00-da müsabiqənin mahnı nominasiyaları üzrə Gənclərin Respublika Bədii Yaradıcılıq Evində (ünvan: Bakı şəhəri, Aşıq Ələsgər küçəsi 1A), 4 aprel saat 11:00-da şeir və rəqs nominasiyaları üzrə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. III mərhələ – 6-10 aprel 2023-cü il tarixlərində respublika mərhələsi keçirilir. Müsabiqənin zona mərhələsində hər nominasiya üzrə I yeri tutan iştirakçılar respublika mərhələsində iştirak etmək hüququ qazanır. Müsabiqə üzrə tələblər aşağıdakılardır: Bəstəkar mahnıları, təsnif və xalq mahnıları nominasiyaları üzrə təqdim olunan mahnıların ifası 3-4 dəqiqədən çox olmamalıdır (təqdim olunan mahnı minusla və ya akopella ilə oxuna bilər); Şeir nominasiyası üzrə təqdim olunan şeir ifası 3 dəqiqədən çox olmamalıdır (iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər); Rəqs nominasiyası üzrə təqdim olunan rəqs ifası 3-4 dəqiqədən çox olmamalıdır (iştirakçılar milli rəqs geyimində olmalıdırlar). Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 370 86 22, +994 55 539 55 22 telefon nömrələri ilə əlaqə saxlanıla bilər. Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konsert 4 may 2023-cü il tarixində Bakı şəhərində keçiriləcək. Müsabiqədə I, II və III yerin qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.
10/01/2023 15:31
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış
Ətraflı? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura
Ətraflı? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər
Ətraflı