Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 27 yanvar 2023-cü il tarixində Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayon sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 19 yanvar 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
3 il əvvəl
Digər xəbərlər
-
PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib
04.09.2026 - 16:37 -
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
03.09.2026 - 14:05 -
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub
31.08.2026 - 14:21 -
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
28.08.2026 - 17:45 -
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edib
28.08.2026 - 17:36
