• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi

Yanvarın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinə start verilib.


Müsabiqə Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ETN sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir. 


Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.


Müsabiqə 4 nominasiya – şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs üzrə 3 mərhələdə keçirilir. 


I mərhələ – 9 yanvar-28 fevral 2023-cü il tarixlərində keçirilir.  Bu mərhələdə peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən hər nominasiya üzrə iştirakçılar müəyyənləşdirilir və onlar haqqında məlumatlar (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi şeir, mahnı, rəqsin adı, şəxsiyyət vəsiqəsinin surəti) Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron poçt ünvanına (grbye@mk.edu.az) göndərilir.


II mərhələ – 1 mart-4 aprel 2023-cü il tarixlərində zonalar üzrə keçirilir. Bu mərhələyə müsabiqənin I mərhələsində hər nominasiya üzrə I yeri tutan iştirakçılar qatılır. 


1. 1 mart saat 12:00-da Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl, Daşkəsən, Goranboy, Kəlbəcər, Naftalan peşə və orta ixtisas təhsili müəssisələri üzrə Gəncə Musiqi Kollecində;


2. 7 mart saat 12:00-da Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, Cəbrayıl peşə və orta ixtisas təhsili müəssisələri üzrə Lənkəran Humanitar Kollecində;


3. 9 mart saat 12:00-da Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Yevlax, Füzuli, Zərdab, Laçın peşə və orta ixtisas təhsili müəssisələri üzrə Ağcabədi Pedaqoji Kollecində;


4. 14 mart saat 12:00-da Qəbələ, İsmayıllı, Balakən, Zaqatala, Qax, Oğuz, Şəki peşə və orta ixtisas təhsili müəssisələri üzrə İsmayıllı Peşə Tədris Mərkəzində;


5. 15 mart saat 12:00-da Şamaxı, Göyçay, Ağdaş, Kürdəmir, Ağsu peşə və orta ixtisas təhsili müəssisələri üzrə Şamaxı Humanitar Kollecində;


6. 15 mart saat 12:00-da Naxçıvan Muxtar Respublikası peşə və orta ixtisas təhsili müəssisələri üzrə Naxçıvan Musiqi Kollecində;


7. 16 mart saat 12:00-da Şirvan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala peşə və orta ixtisas təhsili müəssisələri üzrə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində;


8. 17 mart saat 12:00-da Sumqayıt, Abşeron, Xaçmaz, Quba, Siyəzən, Qusar, Xızı, Şabran peşə və orta ixtisas təhsili müəssisələri üzrə Sumqayıt Musiqi Kollecində; 


9. Bakı şəhərində yerləşən peşə və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar seçim 29 mart saat 11:00-da müsabiqənin mahnı nominasiyaları üzrə Gənclərin Respublika Bədii Yaradıcılıq Evində (ünvan: Bakı şəhəri, Aşıq Ələsgər küçəsi 1A), 4 aprel saat 11:00-da şeir və rəqs nominasiyaları üzrə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. 


III mərhələ – 6-10 aprel 2023-cü il tarixlərində respublika mərhələsi keçirilir. Müsabiqənin zona mərhələsində hər nominasiya üzrə I yeri tutan iştirakçılar respublika mərhələsində iştirak etmək hüququ qazanır. 
Müsabiqə üzrə tələblər aşağıdakılardır:


Bəstəkar mahnıları, təsnif və xalq mahnıları nominasiyaları üzrə təqdim olunan mahnıların ifası 3-4 dəqiqədən çox olmamalıdır (təqdim olunan mahnı minusla və ya akopella ilə oxuna bilər);


Şeir nominasiyası üzrə təqdim olunan şeir ifası 3 dəqiqədən çox olmamalıdır (iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər); 


Rəqs nominasiyası üzrə təqdim olunan rəqs ifası 3-4 dəqiqədən çox olmamalıdır (iştirakçılar milli rəqs geyimində olmalıdırlar).

Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 370 86 22, +994 55 539 55 22 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.


Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konsert 4 may 2023-cü il tarixində Bakı şəhərində keçiriləcək. Müsabiqədə I, II və III yerin qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.


1 il əvvəl