Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblərdə ikinci yarımil başladı

Fevralın 1-də ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin ikinci yarımili başlayıb.   Qeyd edək ki, 27-31 yanvar tarixlərini (5 gün) əhatə edən qış tətilindən sonra bu gün ilk dərs günüdür.   Şagirdlərimizə uğurlar arzulayırıq!

Türkiyənin milli təhsil nazirinin səfəri davam edir

Yanvarın 31-də Türkiyənin milli təhsil naziri Mahmut Özer ölkəmizə səfəri çərçivəsində STEAM İnnovasiya Mərkəzini ziyarət edib.   Nümayəndə heyətinə mərkəzdə yaradılan şərait barədə məlumat verilib.  Bildirilib ki, mərkəzdə aviasiya məkanı, klassik və uşaqlar üçün Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur. Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəbli və tələbələr XXI əsr bacarıqlarını – kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.    Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti eyni gündə Bakı Türk Anadolu liseyi, Azərbaycan Beynəlxalq Maarif Məktəbi, eyni zamanda Bakı Avropa liseyi və Bilim Bakı Mərkəzini ziyarət edib. Türkiyəli nazir sözügedən təhsil müəssisələrinin rəhbər və pedaqoji kollektivi ilə görüşüb, təhsil ocaqlarındakı mövcud şərait barədə məlumat alıb.

Apellyasiya Şurasının iclası keçirilib

Yanvarın 31-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin Maliyyə və təsərrüfat şöbəsinin müdir müavini vəzifəsinə namizədlər Elvina Məmmədovanın və Vüsal Məmmədovun ümumi müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb. İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Hər iki şikayətin qismən təmin edilməsi və yenidən müsahibənin təşkili barədə Şura tərəfindən qərarlar qəbul olunub. 

Elm və təhsil nazirinin yeni müavini təyin olunub

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli nazir müavini təyin edilib.    Qeyd edək ki, Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.   2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.   Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.   İngilis və rus dillərini bilir.   Ailəlidir, iki övladı var.  

Türkiyənin milli təhsil naziri peşə mərkəzində

Türkiyənin milli təhsil naziri Mahmut Özer ölkəmizə səfəri çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də ziyarət edib. Nümayəndə heyətinə mərkəzdə yaradılan inklüziv şərait, dual təhsil modelinin tətbiqi və yeni proqramlar haqqında ətraflı məlumat verilib. Daha sonra Mahmut Özer Türkiyədə peşə təhsili sahəsi üzrə təlimlərdə iştirak edən müəllimlərlə görüşüb və səmimi söhbət aparıb.

Türkiyənin milli təhsil naziri ilə görüş

Yanvarın 30-da elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşüb.   Görüşdə iki ölkə arasında ümumi və peşə təhsili sahəsində ötən il həyata keçirilən birgə fəaliyyət, o cümlədən müəllim və şagird mübadiləsindən məmnunluq ifadə edilib.  Cari ildə peşə təhsili müəssisələrinin məzmun və tədris baxımından yenidən qurulması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.   Qeyd edək ki, nümayəndə heyətinin səfəri fevralın 1-dək davam edəcək.   Səfər çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, STEAM İnnovasiya Mərkəzi, Bakı Avropa liseyi, Bakı Türk Anadolu liseyi və digər təhsil müəssisələrinə ziyarət də nəzərdə tutulub.

Türkiyənin milli təhsil naziri ölkəmizdə səfərdədir

Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.   Səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.   Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, həmçinin "Türk şəhidliyi" abidəsi ziyarət edilib.

Türkiyədə doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təhsil imkanı

Türkiyənin ali təhsil müəssisələrində 2023-2024-cü tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.    Sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2023-cü ildir.    Qeyd edək ki, sözügedən təqaüd proqramı üzrə namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə müraciət üçün son tarix isə 1 mart 2023-cü il təyin edilib.    Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. 

"Qadınlar STEM"də festivalı

Yanvarın 28-də qızların STEM təhsili, eləcə də gələcək fəaliyyətlərinə həsr olunmuş "Qadınlar STEM"də festivalının açılış mərasimi keçirilib.   Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.   “QadınFest” və “Women in Tech” platformalarının təşkilatçılığı ilə baş tutan festivalda ictimai xadimlər və STEM mütəxəssisləri çıxış ediblər.   Festival çərçivəsində tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif ustad dərsləri təşkil olunub.   Festival təşkilatçıları STEM sahələri, eləcə də tələbə və gənc mütəxəssislərə iş tapmaq imkanları barədə məlumat veriblər.     Qeyd edək ki, festival 2 gün davam edəcək.

Regional təhsil idarələri ilə effektiv kommunikasiya müzakirə edilib

Yanvarın 27-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Effektiv kommunikasiyanı necə qurmalı?” mövzusunda "dəyirmi masa" keçirilib.    "Dəyirmi masa"da elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, nazirliyin əməkdaşları, regional təhsil idarələrinin müdir və ictimaiyyətlə əlaqələrə məsul nümayəndələri iştirak ediblər.    Açılış nitqi ilə çıxış edən İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, tədbir regionlarda təhsil sahəsində baş verənlərlə bağlı ictimaiyyətin doğru məlumatlandırılması, böhran vəziyyətlərinin idarəolunması yönündə maarifləndirmə məqsədilə təşkil edilib və tədbirdə səsləndiriləcək fikirlərin hər kəsə faydalı olacağını qeyd edib.     Çıxış edən elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev tədbirin əhəmiyyətinə toxunaraq bildiriblər ki, həyata keçirilən işlərin ictimaiyyətə dəqiq çatdırılması, doğru hədəf kütləsinin seçilməsi, kommunikasiyanın düzgün idarəolunması vacibdir.    ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva “Kommunikasiyada böhran niyə yaranır?” mövzusunda təqdimatla çıxış edib. Təqdimatdan sonra tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.    Sonra Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev "Elm və Təhsil Nazirliyinə daxil olan sosial media müraciətləri" mövzusunda təqdimatla çıxış edib.    Tədbirin davamında “Regional təhsil idarələrinin internet resurslarının vəziyyəti", “ETN-in qurumlarında kommunikasiya işinin təşkili” mövzularında təqdimatlar edilib.    Tədbir sual-cavab formatında davam etdirilib.

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı