Təhsil naziri Çex Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
İyunun 9-da təhsil naziri Emin Əmrullayev ölkəmizdəki missiyasını başa vurmaqda olan Çex Respublikasının fövqəladə və səlahiyyətli səfiri Milan Ekert ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Çex Respublikası arasında təhsil sahəsində olan əməkdaşlığın cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Həmçinin, Çex Respublikası ilə təhsil sahəsində əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “İnkişafa yardım” layihəsi zamanı Şamaxı rayonunda yerləşən Qaravəlli, Meysəri, Muğanlı, Qızmeydan, Əngəxaran kənd məktəblərinə “Merkur konstruktor dəstləri”nin təqdim olunması, habelə “Enerji səmərəliliyinin təmin olunması” layihəsi zamanı Şamaxı rayonu A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbində təmir işlərinin aparılması yüksək qiymətləndirilib.
2 il əvvəl
Digər xəbərlər
-
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
02.05.2025 - 16:47 -
Vətəndaş müraciətlərinin statistikası
02.05.2025 - 15:11 -
“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib
02.05.2025 - 10:07 -
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
01.05.2025 - 14:30 -
2025–2026-cı tədris ili üzrə I siniflərə qəbul başladı
01.05.2025 - 11:30