• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sertifikatlaşdırmaya dair media nümayəndələri ilə görüş

İyunun 9-da təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair media nümayəndələri ilə məlumatverici görüş keçirilib.

 

Görüşdə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keçirilməsi barədə danışıb. Nurlan İsmayılbəyli bildirib ki, prosesin test imtahanı mərhələsinə avqust ayının sonlarında başlanılacaq. İlkin olaraq 10 mindən çox müəllimin prosesə cəlbi nəzərdə tutulub. 

 

Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikatlaşdırma prosesinin məzmunu barədə məlumat verib. 

 

Görüşdə iştirak edən ibtidai sinif müəllimləri də proseslə bağlı fikirlərini bölüşüblər. 

 

Görüş qarşılıqlı fikir mübadiləsi şəkilində davam etdirilib.


2 il əvvəl