Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarda 243 nəfərin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yanvar ayı üçün tanınma üzrə statistikanı açıqlayıb. Belə ki, yanvar ayı üzrə 297 müraciətçinin 243-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 54 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 14, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 102, Ukraynadan 78, Türkiyədən 53, Belarusdan 20, Gürcüstandan 15, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 35, iqtisadiyyat üzrə 26, menecment üzrə 25, tibb üzrə 23, biznesin idarəedilməsi üzrə 21, maliyyə üzrə 21 müraciətçi qeydə alınıb. Sənədlərə baxılma müddəti 15 iş günü təşkil edib. Qeyd edək ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər. 

Elm və təhsil naziri gənclərlə görüşüb

Fevralın 2-də elm və təhsil naziri Emin Əmrullayev Gənclər Günü münasibətilə təhsil və elm sahəsində, ictimai həyatda uğur qazanmış bir qrup gənclə görüşüb. STEAM İnnovasiya Mərkəzində keçirilən görüşdə şəhid övladları olan tələbələr də iştirak ediblər.    Görüş iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev hər birini Gənclər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.   Emin Əmrullayev Azərbaycanda gənclərin təhsili üçün yaradılan imkanlardan söz açıb. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində onların savadlı yetişməsi, təhsilin əlçatanlığının artırılması əsas prioritetlərdəndir.    Gənclərimizin olimpiada uğurlarından danışan nazir bu sahədə görülən işlərə də toxunub. Emin Əmrullayev qeyd edib ki, olimpiadalarda əldə olunan nailiyyətlər sayəsində ölkəmiz top 50-də yer alan dünya ölkələri sırasındadır. Bu gün intellektual, dünyagörüşlü yeni nəslin yetişdiyini də vurğulayan nazir gənclərin xaricdə təhsili üçün həyata keçirilən dövlət proqramlarından söz açıb və qeyd edib ki, gənclər onlar üçün yaradılan imkanları qiymətləndirməyi bacarmalıdırlar.   Görüşdə iştirak edən gənclər də öz növbəsində təəssüratlarını bölüşüblər.    Görüşün davamında Emin Əmrullayev gəncləri maraqlandıran sualları cavablandırıb, rəy və təkliflərini dinləyərək onlarla fikir mübadiləsi aparıb.    Sonda xatirə şəkli çəkdirilib.

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüş

Fevralın 2-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüb.   Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.

"Musiqidə yaşayan ulu öndər" adlı mahnı müsabiqəsinə start verilir

Fevralın 7-də Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Musiqidə yaşayan ulu öndər" adlı respublika onlayn mahnı müsabiqəsinə start veriləcək.    Müsabiqənin məqsədi ulu öndərin həyat yolu və ictimai fəaliyyətinin gənc nəslə daha dərindən aşılanması, onlarda milli-vətənpərvərlik ruhunu gücləndirmək və azərbaycançılıq ideologiyasını təbliğ etmək, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını aşılamaq, gənc istedadları üzə çıxarmaq və yaradıcılıq potensiallarını inkişaf etdirməkdən ibarətdir.    Müsabiqə məktəbdənkənar təhsil müəssisələrinin üzvləri arasında 2 nominasiya (Heydər Əliyevə və müstəqil Azərbaycana həsr olunmuş bəstəkar və xalq mahnıları)  və  3 yaş qrupu (10-12,13-17, qarışıq) olmaqla 3 mərhələdə keçirilir.    Müsabiqə üzrə tələblər aşağıdakılardır:  iştirakçılar hər nominasiya üzrə bir mahnı ilə çıxış edə bilərlər;  çıxışlar solo, duet, qrup və xor kollektivi şəklində akopella, canlı və yazılı müşayiət ilə ifa oluna bilər;  yazılı müşayiət aydın, təmiz və keyfiyyətli olmalıdır;  təqdim olunan çıxışların videogörüntüləri telefon, planşet və ya kamera ilə aydın və keyfiyyətli çəkilməli, müsabiqənin təşkilat komitəsinin ugim-3@mk.edu.az elektron poçt ünvanına göndərilməlidir;  videogörüntüdə iştirakçı çıxışdan öncə özü haqqında (adı, soyadı, təvəllüdü, yaşadığı şəhər (rayon), təmsil etdiyi müəssisə) və ifa etdiyi mahnının adı, müəllifi barədə məlumat verməlidir;  çıxışların müddəti 3-5 dəqiqədən çox olmamalıdır;    Müsabiqə üç mərhələdə keçirilir.  I mərhələ – 7 fevral-6 mart  tarixində keçirilir. Bu mərhələdə müsabiqəyə qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifariş və videogörüntülər qəbul edilir.  II mərhələ  – 28 mart tarixindədir. Videogörüntülərə baxış keçirilir və münsiflər heyəti tərəfindən qaliblər seçilir.  lII mərhələ – 12 may tarixində Bakı şəhərində müsabiqə qaliblərinin iştirakı ilə yekun konsert keçiriləcək.    Müsabiqədə yaş qrupu və nominasiyalar üzrə l, ll və  llI yerlərin qalibləri mükafatlandırılacaqlar.  Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandıqda iştirakçılar aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.    Telefon: +99412 421 54 66;  +99412 421 41 91;  +99455 549 58 52 

İş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində iştirak edən müəllimlərin nəzərinə!

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib. Müsabiqə üzrə 44 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.     Qeyd edək ki, İnsan Resursları Mərkəzi tərəfindən ilk dəfə həyata keçirilmiş bu layihə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron platforma vasitəsilə iş yerini qarşılıqlı olaraq dəyişdirmək imkanı verir. 

“Xəmsə möcüzəsi” müsabiqə-festivalının respublika mərhələsi yekunlaşıb

Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının respublika mərhələsinə yekun vurulub.  Müsabiqə-festivalın keçirilməsində məqsəd uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, türkdilli dövlətlərin məktəbliləri arasında dostluq və mədəni əlaqələri genişləndirməkdən ibarət olub.  Müsabiqə-festivalın respublika mərhələsinin seçimləri 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib.  Münsiflər heyətinin qərarı ilə seçim turuna qatılan 300-ə yaxın iştirakçı arasından yaş kateqoriyaları və nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.  “Xəmsə möcüzəsi” müsabiqə-festivalının respublika mərhələsinə zona mərhələsində I yerin qalibi olmuş 199 iş (bədii qiraət – 36, inşa – 38, musiqi – 30, rəsm – 76, dram – 19) daxil olub. Bunların arasından 44 qalib ( I yer – 16, II yer – 14, III yer – 14) müəyyənləşdirilib.  Respublika mərhələsində I yerin qalibi olan iştirakçılar cari ilin aprel ayında türkdilli dövlətlərin məktəbliləri arasında keçiriləcək “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalında Azərbaycanı təmsil edəcəklər. 

Fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fevralın 25-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.     Yarımfinal turunda iştirak edəcək şagirdlər bu gündən etibarən https://portal.edu.az/  platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini çap edə bilərlər.     İnformatika fənni üzrə yarımfinal turu isə 18-19 fevral tarixlərində Bakı Ali Neft Məktəbində keçiriləcək. İnformatika fənni üzrə buraxılış vərəqələrini 3 fevral tarixindən etibarən çap etmək mümkün olacaq.       Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir.     Respublika fənn olimpiadalarının təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Sözügedən olimpiadalar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil edilir.     Respublika fənn olimpiadaları Kapital Bank ilə əməkdaşlıq əsasında həyata keçirilir. 

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi

Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsini elan edir.     Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.     Layihə sənədlərinin qəbulu 15 fevral-31 mart tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək.     Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.     Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin elanı   

Prezident Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.   Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.   Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Mahmut Özerin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəmizə səfərinin önəminə toxundu və bu səfərin əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.   Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının razılaşdırdığı kimi Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını dedi.   Mahmut Özer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.   Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.   Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.   Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğuladı. Dövlətimizin başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.   İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri münasibətilə bir daha təbriklərini çatdıran qonaq bildirdi ki, xalqlarımız ən çətin dövrlərdə həmişə bir-birinin yanında olub.   Təhsil sahəsində əlaqələrimizin son illərdə çox sürətlə inkişaf etdiyini deyən Mahmut Özer Türkiyənin bu sahədə ölkəmizlə təcrübəsini bölüşməkdən məmnunluq hissi keçirdiyini bildirdi.   Görüşdə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə toplantısında təşkilat yanında müşahidəçi statusunun alınması prosesində üzv dövlət kimi Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə olundu.   https://president.az

"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili

Fevralın 1-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır. Sənəd qəbulu prosesi 1 aprel 2023-cü il tarixinədək davam edəcək.   Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.   Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ,  elana dair ətraflı məlumatqeydiyyat linki  müvafiq keçidlərdən əldə oluna bilər.   Əlavə sual yaranarsa, FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət etmək mümkündür.  

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı