Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib

Yanvarın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Qəbulda Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinləri iştirak ediblər.    Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, təhsil haqqı, diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.     Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Məktəblərdə qış tətili başlayıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir. Tətildən sonrakı ilk dərs günü 1 fevral 2023-cü il tarixidir. Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Macarıstanda təhsil üçün seçilmiş namizədlərlə müsahibələr

Yanvarın 23-dən Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2023-2024-cü tədris ili üzrə Macarıstanda təhsil almaq üçün seçilmiş namizədlərlə müsahibələrə başlanılıb. Müsahibələr müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri və həmin sahələrin ekspertləri tərəfindən onlayn aparılır. Qeyd edək ki, Macarıstanda təhsil üzrə ümumi müraciət sayının (748) çox, namizədlər arasında rəqabətliliyin yüksək olması və vaxt məhdudiyyəti səbəbindən hər bir namizəd üçün yalnız bir dəfə müsahibə tarixi müəyyən edilir. Əvvəlcədən Elm və Təhsil Nazirliyini məlumatlandırmadan müsahibədə iştirak etməyən namizədlərə əlavə şərait yaradılması imkan xaricindədir. Müvafiq elan mətnində də qeyd edildiyi kimi, müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə yalnız elektron poçt ünvanı/şəxsi kabinet vasitəsilə bildiriləcək.

ADPU-nun müəllim və tələbələrinə IELTS sertifikatları təqdim olunub

Yanvarın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsilin İnkişafı Fondu (TİF), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Britaniya Şurası ilə tərəfdaşlıq əsasında təşkil olunan IELTS imtahanlarında iştirak edən universitetin bir sıra müəllim və tələbələrinə sertifikatların təqdimatı mərasimi keçirilib.    Mərasimdə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov IELTS imtahanının rəhbərlik etdiyi universitetlə TKTA və TİF arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında insan kapitalının formalaşdırılmasının gücləndirilməsi və istedadlı tələbələrin ingilis dilini mənimsəməsi məqsədilə təşkil edildiyini qeyd edib.  Bildirilib ki, cari il ərzində daha çox tələbənin bu imtahanlara cəlb olunması nəzərdə tutulur.   Daha sonra TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov, TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova və Britaniya Şurasının Cənubi Qafqaz üzrə imtahan meneceri Nərgiz Əkbərova çıxış ediblər. Çıxışçılar bildiriblər ki, bu imtahanların təşkilində məqsəd universitetlərdə beynəlxalq dil sertifikatlarının təşviqi, gələcəkdə tədris prosesində IELTS sertifikatı kimi akkreditasiya olunmuş beynəlxalq dil sertifikatına malik tələbələrin müvafiq proqramların tədrisindən azad edilmələrini stimullaşdırmaqdır.    Daha sonra imtahanda iştirak edən 9 müəllim və 10 tələbəyə müvafiq sertifikatlar təqdim olunub. 

İctimaiyyətlə əlaqələrə məsul əməkdaşlarla görüş

Yanvarın 25-də Elm və Təhsil Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nazirliyin tabeliyinə verilən institutlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları ilə görüş keçirilib. Görüşün məqsədi ictimaiyyətlə əlaqələrin daha yaxşı qurulması və effektiv kommunikasiya fəaliyyətinin müzakirəsi olub. Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək elmin populyarlaşmasında ictimaiyyətlə əlaqələrin rolu, nəzəri araşdırmaların praktik təqdimatı, bir sıra maraq doğuran layihələr vasitəsilə gənclərin elm sahəsinə cəlbinin zəruriliyini diqqətə çatdırıb. İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz növbəsində birgə əməkdaşlığın təşkili, kommunikasiyanın müxtəlif alətlər vasitəsilə qurulması, elmlə bağlı vizual keyfiyyətin artırılması, bu sahədə görülən işlərin daha geniş şəkildə işıqlandırılması, institutlarla ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulması məsələlərinə toxunub. Görüşdə institutların müvafiq əməkdaşları çıxış edərək fəaliyyət istiqamətləri, internet resursları və gördükləri işlər barədə məlumat veriblər. Sonda iştirakçılarla müzakirələr aparılıb. Müzakirələrdə görülən işlərin cəmiyyətə düzgün çatdırılması, vahid şəbəkələşmə mühitinin yaradılması, bacarıqların təkmilləşdirilməsi yönündə təlim, seminarların vacibliyi, eləcə də digər məsələlərə toxunulub.

Rumıniyada təhsil

Rumıniya Xarici İşlər Nazirliyi 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edir.   Ali təhsilin bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.   Təqaüd proqramına müraciət üçün son tarix 1 mart 2023-cü il nəzərdə tutulub.   Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Apellyasiya müsahibələri barədə məlumat

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr yanvarın 27-də “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq.     Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.     Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmaları tövsiyə olunur.   

Azərbaycan nümayəndə heyəti Cenevrədə səfərdədir

İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası keçirilir.     BMT-nin Uşaq Hüquqları Komitəsinin sözügedən sessiyasında ölkəmizi təmsil edən nümayəndə heyəti tərəfindən Azərbaycan hökumətinin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə beşinci və altıncı birgə dövri məruzəsi təqdim edilib.    Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da Azərbaycan nümayəndə heyətinin tərkibində sessiyada iştirak edir.

Liviyanın ölkəmizdəki səfiri ilə görüş

Yanvarın 24-də elm və təhsil naziri Emin Əmrullayev Liviyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserlə görüşüb.   Görüşdə Azərbaycan və Liviya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura oxumaq istəyənlərin nəzərinə!

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2023-cü il üzrə ilk sənəd qəbuluna başlanılır.     Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.     Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ( https://dp.edu.az/az/news/1203#.Y8-Yx3ZBzIX) və elana dair ətraflı məlumatı (https://dp.edu.az/az/content/62) müvafiq keçidlər vasitəsilə əldə etmək mümkündür.     Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.     Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə (https://dp.edu.az/uploads/fileuploads/2020/03/bd40ebfbfde042ce878b642ec8cd818f.pdf)  və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.   

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı