“Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatı keçirilib
İyunun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-2022-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini əks etdirən “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Daha sonra “Abituriyent” jurnalının nəşrlərinə dair sərgiyə baxış keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, aparılan elmi-statistik təhlillər ölkə təhsilindəki müsbət təmayülləri üzə çıxarır, eyni zamanda təhsildəki problem və çatışmazlıqları da göstərir, onların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələr irəli sürür.
Daha sonra Sədr əsas buraxılış imtahanı fənləri üzrə bəzi statistik göstəriciləri diqqətə çatdırıb, DİM və dövlət orqanları arasında inteqrasiya əsasında fəaliyyət məsələlərinə toxunub, Mərkəzin yeni elektron xidmətləri haqqında məlumat verib.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev cəmiyyətin tərəqqisində təhsilin vacib rolundan və bu sahənin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Təhsil naziri ötən 10 il ərzində təhsilin bütün səviyyə və pillələri üzrə əlçatanlığın artdığını, 60 faizdən çox gəncin dövlət sifarişli yerlərdə təhsil hüququ əldə etdiyini qeyd edib.
Son illər bölgələrdə istedadlı gənclər üçün yaradılan liseylərin fəaliyyəti, beynəlxalq qiymətləndirmə çərçivəsi və Azərbaycanın iştirak səviyyəsi kimi mövzularda fikirlərini diqqətə çatdıran Emin Əmrullayev deyib ki, “Abituriyent” 12 jurnalı təhsil sahəsində müzakirə aparmaq üçün əvəzsiz mənbədir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxışında aparılan elmi-statistik təhlillərin əhəmiyyəti, ali təhsil müəssisələrinə qəbul prosesi və təhsilin müasir problemlərindən bəhs edib.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Mərkəzin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması sektorunun müdiri Aydın Qasımov, Elektron imtahanların təşkili sektorunun müdiri Tural Dünyamalıyev və Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov tərəfindən edilən təqdimatlar vasitəsilə yazı işlərinin elektron yoxlanılması, onlayn apellyasiyaların təşkili və DİM tərəfindən təklif olunan psixoloji xidmətlər barədə məlumatlar əldə ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Jurnalın elektron versiyasını DİM-in saytında Fəaliyyət/Təqiqat (https://dim.gov.az/activities/research/statistika/) bölməsindən əldə edə bilərsiniz.
2 il əvvəl
Digər xəbərlər
-
Nazirliyin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib
21.12.2024 - 13:44 -
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib
20.12.2024 - 19:00 -
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib
20.12.2024 - 17:45 -
"2022-2028 Dövlət Proqramı" məzunları ilə şəbəkələşmə görüşü baş tutub
20.12.2024 - 17:02 -
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib
20.12.2024 - 16:00