Fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Fevralın 25-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.
Yarımfinal turunda iştirak edəcək şagirdlər bu gündən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini çap edə bilərlər.
İnformatika fənni üzrə yarımfinal turu isə 18-19 fevral tarixlərində Bakı Ali Neft Məktəbində keçiriləcək. İnformatika fənni üzrə buraxılış vərəqələrini 3 fevral tarixindən etibarən çap etmək mümkün olacaq.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir.
Respublika fənn olimpiadalarının təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Sözügedən olimpiadalar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil edilir.
Respublika fənn olimpiadaları Kapital Bank ilə əməkdaşlıq əsasında həyata keçirilir.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
