Elm və təhsil naziri gənclərlə görüşüb
3 il əvvəl
Fevralın 2-də elm və təhsil naziri Emin Əmrullayev Gənclər Günü münasibətilə təhsil və elm sahəsində, ictimai həyatda uğur qazanmış bir qrup gənclə görüşüb. STEAM İnnovasiya Mərkəzində keçirilən görüşdə şəhid övladları olan tələbələr də iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev hər birini Gənclər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Emin Əmrullayev Azərbaycanda gənclərin təhsili üçün yaradılan imkanlardan söz açıb. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində onların savadlı yetişməsi, təhsilin əlçatanlığının artırılması əsas prioritetlərdəndir.
Gənclərimizin olimpiada uğurlarından danışan nazir bu sahədə görülən işlərə də toxunub. Emin Əmrullayev qeyd edib ki, olimpiadalarda əldə olunan nailiyyətlər sayəsində ölkəmiz top 50-də yer alan dünya ölkələri sırasındadır. Bu gün intellektual, dünyagörüşlü yeni nəslin yetişdiyini də vurğulayan nazir gənclərin xaricdə təhsili üçün həyata keçirilən dövlət proqramlarından söz açıb və qeyd edib ki, gənclər onlar üçün yaradılan imkanları qiymətləndirməyi bacarmalıdırlar.
Görüşdə iştirak edən gənclər də öz növbəsində təəssüratlarını bölüşüblər.
Görüşün davamında Emin Əmrullayev gəncləri maraqlandıran sualları cavablandırıb, rəy və təkliflərini dinləyərək onlarla fikir mübadiləsi aparıb.
Sonda xatirə şəkli çəkdirilib.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
