IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi
Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunacaq. Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. İştirak etmək istəyənlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” xidməti vasitəsilə müraciət edə bilərlər. Qeydiyyat üçün son tarix 17 fevral saat 00:00-dır. Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin rayon (şəhər) mərhələsində iştirak üçün yerli təhsili idarəetmə orqanları tərəfindən dəvət ediləcəklər. Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş“Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
09/02/2023 17:19
Proqramlaşdırma müsabiqəsində məktəblilərimizin uğuru
1-9 fevral tarixlərində Rumıniyada məktəblilərin onlayn formatda VII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi keçirilib. 12 ölkədən 197 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, “Ankara məktəbi” məktəb-liseyinin 9-cu sinif şagirdi Əli Əliyev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Raul Cəfərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Nəsir Bəşirov isə bürünc medala layiq görülüblər. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlifmiqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 2 qızıl, 13 gümüş və 36 bürünc olmaqla ümumilikdə 51 medal əldə ediblər.
09/02/2023 16:10
Elm və təhsil naziri Yevlaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 24 fevral 2023-cü il tarixində Yevlax şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayon sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 16 fevral 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür. Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
08/02/2023 12:32
Apellyasiya müsahibələrinin nəticələri
Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin nəticələri barədə məlumat şəxsi səhifələrinə göndərilib. Namizədlər 9 fevral saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədən işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti regional təhsil idarələrinə təqdim etməlidirlər. Namizədlərdən sənədləri təqdim etdikdən sonra çıxarışın təsdiqi ilə bağlı şəxsi səhifələrini yoxlamaları tələb olunur. Çıxarışı aidiyyəti regional təhsil idarələri tərəfindən təsdiq edilmiş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək.
07/02/2023 16:12
Tanınma qaydalarına dəyişiklik edilib
Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib. Sözügedən qaydalar xarici dövlətlərdə ali təhsil sahəsində diplom sahibi olmuş şəxslərin kvalifikasiyalarının tanınması ilə bağlı aşağıdakı yenilikləri əks etdirir: 1. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə xaricdə əldə edilmiş kvalifikasiyalarla yanaşı, həmçinin ali təhsil pilləsinə qəbul olmaq hüququ verən, yəni xarici dövlətdə tam orta təhsil və ya orta ixtisas təhsili almış şəxslərin kvalifikasiyalarının tanınması da həyata keçiriləcək; 2. Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Bununla belə, qaydalara əlavədə nəzərdə tutulmuş tənzimlənən peşə ixtisasları üzrə xarici dövlətlərdə təhsil almış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Əlavə olaraq, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub; 3. Orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb) və magistratura səviyyələri üzrə xarici ixtisasların tanınması zamanı təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək; 4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri ilə yanaşı, xarici dövlətlərdə tam orta və orta ixtisas təhsili üzrə əldə edilmiş sənədlərə də apostil verilməsi (leqallaşma) tələb olunacaq; 5. Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq; 6. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək; 7. Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar; 8. Tanınma haqqında şəhadətnamələrin tamamilə elektron formada (gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq. Beləliklə, xüsusi zərurət olmadığı halda vətəndaşların agentliyə gəlmələrinə ehtiyac olmayacaq; 9. Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər.
06/02/2023 19:39
TALIS-in sınaq mərhələsinə başlanılıb
Öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğunun –TALIS 2024 – sınaq mərhələsinin təşkilinə başlanılıb. Tədqiqata hazırlıq Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən həyata keçirilir. TALIS 2024-ün pilot mərhələsi 2022-ci ildə baş tutub. 2023-cü ilin fevral-mart ayları ərzində isə tədqiqatın sınaq mərhələsi keçiriləcək. Bununla əlaqədar olaraq, ADPU-nun Strateji İnkişaf Mərkəzi tərəfindən tədqiqatla bağlı maarifləndirici, təlimat xarakterli seminarların keçirilməsinə start verilib. Bu məqsədlə ilk görüş paytaxt və regionlardan tədqiqatda iştirak edəcək ümumi təhsil müəssisələrinin direktorları ilə onlayn şəkildə təşkil edilib. Seminarda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmizin ilk dəfə iştirak etdiyi diqqətə çatdırılıb. Həmçinin sorğularda həm müəllimlərin, həm də direktorların hansı mövzular və prioritetlər ətrafında suallara cavab verəcəkləri müzakirə edilib. Qeyd edək ki, 1500 nəfərə yaxın müəllimin iştirak edəcəyi TALIS seminarları 2023-cü il fevral ayının 14-nə kimi davam edəcək.
06/02/2023 15:17
Latviyada növbəti tədris ili üzrə təhsil almaq imkanı!
Latviya Respublikası 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi 1 aprel 2023-cü ildir. Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsilin İnkişafı Agentliyi (DTİA) tərəfindən veriləcək. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.
04/02/2023 11:58
Harvard Universitetinin professoru "Yeni çağırışlar"da
8 fevral saat 19:00-da “Yeni çağırışlar” müzakirə proqramında Harvard Universitetinin professoru, məşhur tədqiqatçı və elm xadimi Emiliana Veyqəs qonaq olacaq. Dünyaşöhrətli alim ilə təhsil imkanları və müəllimlik fəaliyyətinin effektivliyinin artırılması barəsində danışılacaq. Emiliana Veyqəs Harvarddan əvvəl uzun illər Dünya Bankında çalışıb, təhsil sistemləri ilə əlaqədar tədqiqatlara rəhbərlik edib. Bununla yanaşı, Brukinqs İnstitutunda Təhsil Mərkəzinin direktoru, İnter-Amerikan İnkişaf Bankında isə Təhsil şöbəsinin müdiri olub. Qeyd edək ki, proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
03/02/2023 16:30
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Tarix: şəxsiyyətlər və proseslər” müsabiqəsinin açılış mərasimi
Fevralın 3-də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni istifadəyə verilmiş tədris binasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Tarix: şəxsiyyətlər və proseslər” məktəblilərin respublika tədqiqat və yaradıcılıq işləri müsabiqəsinin açılış mərasimi keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, tarix elmləri doktoru Dilarə Seyidzadə, ümumtəhsil məktəblərinin direktorları, məktəblilər, elm və incəsənət nümayəndələri iştirak ediblər. Əvvəlcə qonaqlar Mərkəzi pionerlər sarayının arxiv plakatlarından ibarət sərgi ilə tanış olublar. Rəsmi hissədə tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb, onun Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət və qayğı nəticəsində gənclərimizin dövlət qurumlarında yüksək mövqelər tutduğunu, ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusi olaraq qeyd edib. Nazir müavini çıxışının sonunda şagirdlərə uğurlar diləyərək bütün iştirakçıları bir daha təbrik edib. Daha sonra çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev ümummilli lider Heydər Əliyevin ölkəmizdə apardığı islahatlardan danışıb, müsabiqənin məktəblilərin ölkəmizin tarixi və qazandığı nailiyyətlər barədə məlumatlanmasında əhəmiyyətli olduğunu qeyd edib. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə öz çıxışında müsabiqənin istedadlı məktəbliləri aşkarlamaq, onları həvəsləndirmək, tədqiqat və yaradıcılıq fəaliyyətlərini ictimaiyyətə tanıtmaqda mühüm rol oynadığını diqqətə çatdırıb. Sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub. Çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ümummilli liderin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsi haqqında ətraflı məlumat verib, ulu öndərin həyat və fəaliyyəti ilə bağlı məktəbliləri maraqlandıran sualları cavablandırıb. Rəsmi hissədən sonra qonaqlar yeni istifadəyə verilən Uşaq-Gənclər İnkişaf Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Tədbir plenar sessiyalarla davam etdirilib, interaktiv master-klas və sərbəst müzakirələr aparılıb. Qeyd edək ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, misilsiz xidmətlərinin uşaq və gənclərə aşılanması, məktəblilərin ictimai fəallığının formalaşdırılması, onların tədqiqat və yaradıcılıq qabiliyyətlərinin inkişafını təkmilləşdirməklə, onları təhsilə cəlb etməklə şəxsiyyətin intellektual və yaradıcı potensialının inkişafının stimullaşdırılmasından ibarətdir. Müsabiqənin final mərhələsi cari ilin may ayında keçiriləcək.
03/02/2023 15:00
Nazirliyin mətbu orqanları ilə görüş
Fevralın 3-də Elm və Təhsil Nazirliyinin mətbu orqanlarının əməkdaşları ilə görüş keçirilib. Görüşdə mətbu orqanların baş redaktorları 2022-ci ilə dair hesabatla çıxış edib, görülmüş işlər barədə ətraflı məlumat veriblər. Görüş çərçivəsində qəzet və jurnallar arasında qarşılıqlı əməkdaşlığın qurulması, oxucu konfranslarının keçirilməsi, məqalələrin təhlili və keyfiyyətinin artırılması, elektron arxivin yaradılması, yeni müəlliflərin cəlbi, universitetlərdə “Akademik yazı bacarıqları” və “Elmi tədqiqat metodları” mövzularında seminarların keçirilməsi və digər mövzular ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı səsləndirilən rəy və təkliflərin cari fəaliyyətdə nəzərə alınması diqqətə çatdırılıb. Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib.
03/02/2023 14:03
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər
ƏtraflıMüəllimlərin işə qəbulu (MİQ) prosesi ilə bağlı namizədləri ən çox maraqlandıran sualları və onların cavablarını təqdim edirik.
Ətraflıİyunun 2-də elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini Marat Minibayev ilə görüşüb. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, həmçinin təhsilin rəqəmsallaşdırılması sahəsində tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. #ElmVəTəhsilNazirliyi #EduAz #EduGovAz
Ətraflı