“Xəmsə möcüzəsi” müsabiqə-festivalının respublika mərhələsi yekunlaşıb
Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının respublika mərhələsinə yekun vurulub.
Müsabiqə-festivalın keçirilməsində məqsəd uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, türkdilli dövlətlərin məktəbliləri arasında dostluq və mədəni əlaqələri genişləndirməkdən ibarət olub.
Müsabiqə-festivalın respublika mərhələsinin seçimləri 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib.
Münsiflər heyətinin qərarı ilə seçim turuna qatılan 300-ə yaxın iştirakçı arasından yaş kateqoriyaları və nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.
“Xəmsə möcüzəsi” müsabiqə-festivalının respublika mərhələsinə zona mərhələsində I yerin qalibi olmuş 199 iş (bədii qiraət – 36, inşa – 38, musiqi – 30, rəsm – 76, dram – 19) daxil olub. Bunların arasından 44 qalib ( I yer – 16, II yer – 14, III yer – 14) müəyyənləşdirilib.
Respublika mərhələsində I yerin qalibi olan iştirakçılar cari ilin aprel ayında türkdilli dövlətlərin məktəbliləri arasında keçiriləcək “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalında Azərbaycanı təmsil edəcəklər.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
