Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qızların təhsilinə dəstək” mövzusunda konfrans

Martın 2-də Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qızların təhsilinə dəstək” mövzusunda konfrans keçirilib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov açılış nitqi ilə çıxış edərək fondun fəaliyyət istiqamətləri haqqında məlumatları diqqətə çatdırıb. Fondun fəaliyyəti dövründə əhəmiyyət verdiyi məsələlərdən birinin gənc qızların təhsilinə dəstək olduğunu qeyd edən Elnur Nəsibov bildirib ki, qızların təhsilinə yönələn layihələrin həyata keçirilməsi həm sosial, həm səhiyyə, həm də təhsil sahəsində bir sıra müsbət dəyişikliklərə səbəb olur.  Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qadınların ölkənin iqtisadi baxımdan inkişafına göstərdiyi təsirlərdən bəhs edərək onların təhsil və elmdə təmsilçiliyinin vacibliyini vurğulayıb. Qızların təhsilinin Azərbaycandakı  vəziyyətinə diqqət çəkən nazir ali təhsili qazana bilmək üçün kiçik yaşlardan müəyyən bilik bazasının formalaşdırılmasının önəmini qeyd edib. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qızların təhsilinə dəstək” layihəsinə diqqət çəkərək vaxtilə təsadüfdən yaranan bir ideyanın qısa müddət ərzində reallığa çevrilməsinin sevindirici olduğunu bildirib. Komitə sədri layihənin başladığı dövrdə Dövlət Komitəsinin regionlarda fəaliyyət göstərən mərkəzləri vasitəsilə aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 11 qıza dəstək göstərildiyini vurğulayıb. Sonra Təhsilin İnkişafı Fondunun şöbə müdiri Nərgiz İsmayılova “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının təsis olunması haqqında məlumat verib. Bildirilib ki, təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə yönəltmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Tahir Budaqov qeyd edib ki, təhsilin inkişafı, eləcə də gender bərabərliyinin təmin olunması YAP-ın proqramında prioritet məsələ kimi qoyulub və bundan sonra partiya üzvü olan sahibkarların da bu prosesə daha aktiv cəlb olunması istiqamətində addımlar atılacaq. Konfransın yekununda Təhsilin İnkişafı Fonduna ianə edən tərəfdaş qurumlara  sertifikatlar təqdim edilib.

Ümumi təhsil müəssisələrində idman həftəsi

Martın 2-də “İdman həftəsi” layihəsi çərçivəsində Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə tədbir keçirilib.   Tədbir zamanı məktəb şagirdlərinin iştirakı ilə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərgi, “Şən startlar” estafet oyunları, nümunəvi çıxışlar təşkil edilib, qaliblərə mükafatlar verilib.   Qeyd edək ki, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” layihəsinin tətbiqinə başlanılıb.     3 mart tarixinədək davam edəcək layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Novruz mühazirələri"nə başlanılır

Martın 3-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Novruz mühazirələri"nə başlanılır.     Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcək ilk  "Novruz mühazirəsi"ndə professor Ədalət Tahirzadə çıxış edəcək.    Mühazirənin mövzusu "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti" mövzusuna həsr olunacaq.     Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2016-cı ildən "Novruz mühazirələri" keçirir.

VII qrant müsabiqəsinə layihələrin qəbulu davam edir

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu davam edir.    Layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək.    Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.     Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

#QadınGülərsə sosial kampaniyasına start verilir

Elm və Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dahi Hüseyn Cavidin misralarına istinadən #QadınGülərsə sosial kampaniyasına start verir.   Kampaniyaya qoşulmaq istəyənlər onlar üçün dəyərli olan, təşəkkür borcu duyduqları xanımlarla fotolarını sosial media hesablarında #QadınGülərsə həştəqi ilə paylaşa bilərlər.    Kampaniya 1-10 mart 2023-cü il tarixlərində həyata keçiriləcək.    Elm və Təhsil Nazirliyi hər kəsi bu kampaniyaya qoşulmağa çağırır.   Əziz və dəyərli xanımlarımız, qarşıdan gələn bayramınız mübarək olsun!   #QadınGülərsə, dünya gülər!   #QadınGülərsə, zəkalar işıqlanar!

“Heydər Əliyev və hüquqi dövlət” olimpiadasının qalibləri mükafatlandırılıb

Fevralın 28-də “Heydər Əliyev və hüquqi dövlət” olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.    Mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Konstitusiya Məhkəməsinin hakimləri Ceyhun Qaracayev və Rövşən İsmayılov, qalib şagirdlər, müəllimlər, həmçinin  valideynlər iştirak ediblər.    Bildirilib ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Konstitusiya Məhkəməsinin təşəbbüsü, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Bakı məktəbliləri arasında keçirilən hüquq olimpiadasının məqsədi şagirdlər arasında hüquqi savadlılığı təbliğ etməkdir.     Bakının  60 ümumi təhsil müəssisəsindən 1200 şagirdi əhatə edən bilik yarışında 154 nəfər qalib olub.    Tədbirin yekununda qaliblərə diplom və hədiyyələr təqdim edilib.    Təltif olunanlar  

İdman həftəsi çərçivəsində tədbirlər davam edir

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən “İdman həftəsi” layihəsi çərçivəsində məktəblərdə tədbirlər davam edir.     Layihənin proqramına uyğun olaraq məktəblərdə şagirdlərin iştirakı ilə səhər gimnastikası, nümunəvi çıxışlar və müxtəlif idman növləri üzrə yarışlar keçirilir.     Qeyd edək ki, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” layihəsinin tətbiqinə başlanılıb.      3 mart tarixinədək davam edəcək layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Doktorantura səviyyəsi üzrə Koreyada təhsil imkanı

Koreya Respublikası Seul Milli Universiteti 2023-2024-cü tədris ili üçün doktorantura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu elan edir.   Proqramda iştirak etmək istəyən namizədlər 8 mart 2023-cü il tarixinədək universitetin internet səhifəsi üzərindən müraciət edə bilərlər.   Təqaüd proqramı haqqında ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

IX sinif şagirdlərinin nəzərinə!

6 mart saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq.   Qeyd edək ki, fevralın 21-dən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib. Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir.  

Elm və təhsil naziri media üçün brifinq keçirib

Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib.   Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib:   - Ölkə Prezidentinin müvafiq sərəncamları ilə bir qrup təhsil işçisinin əməkhaqqı fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu qərar ümumilikdə 158 min təhsil işçisi ni əhatə edir.    - Artımdan sonra 25 faizdən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.   - Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb.   - 2023-cü ildə dövlət ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif fənləri üzrə dərs deyən bütün müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.     - Müəllimlərin işə qəbulu üzrə müsabiqədə imtahan müddəti 30 dəqiqə artırılacaq.   - "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili üçün qəbul prosesi 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4126 təhsil proqramını əhatə edir.     Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

02/06/2026

İyunun 2-də elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini Marat Minibayev ilə görüşüb. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, həmçinin təhsilin rəqəmsallaşdırılması sahəsində tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. #ElmVəTəhsilNazirliyi #EduAz #EduGovAz

Ətraflı
02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı