#QadınGülərsə sosial kampaniyasına start verilir
3 il əvvəl
Elm və Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dahi Hüseyn Cavidin misralarına istinadən #QadınGülərsə sosial kampaniyasına start verir.
Kampaniyaya qoşulmaq istəyənlər onlar üçün dəyərli olan, təşəkkür borcu duyduqları xanımlarla fotolarını sosial media hesablarında #QadınGülərsə həştəqi ilə paylaşa bilərlər.
Kampaniya 1-10 mart 2023-cü il tarixlərində həyata keçiriləcək.
Elm və Təhsil Nazirliyi hər kəsi bu kampaniyaya qoşulmağa çağırır.
Əziz və dəyərli xanımlarımız, qarşıdan gələn bayramınız mübarək olsun!
#QadınGülərsə, dünya gülər!
#QadınGülərsə, zəkalar işıqlanar!
Digər xəbərlər
-
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40 -
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50
