Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Əlcəzair səfiri ilə görüşüb

Martın 9-da elm və təhsil naziri Emin Əmrullayev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osman ilə görüşüb.    Görüş zamanı səfir İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən təsis olunan təhsil qrantı çərçivəsində 3 nəfər Əlcəzair vətəndaşına Azərbaycan Respublikasında təhsil almaq imkanı yaradıldığına görə təşəkkürünü bildirib.   Daha sonra Azərbaycan ilə Əlcəzair arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Elm və təhsil naziri Göygöldə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev  30 mart 2023-cü il tarixində Göygöl rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinləri iştirak edə bilərlər.   Adları çəkilən şəhər və rayonların sakinləri 17 mart 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.   Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

I Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir

Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir. Qeydiyyat prosesi martın 30-dək  www.uif.az  portalı vasitəsilə aparılacaq.   Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.   Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növ və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər.   Festival ümummili lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimat və rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək: rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger); piano ifaçılığı; klassik simli alətlər ifaçılığı; klassik nəfəs alətləri ifaçılığı; Azərbaycan xalq çalğı alətləri ifaçılığı; akademik vokal; estrada oxuma; xanəndəlik sənəti; aşıq sənəti; xor; caz ifaçılığı; solo milli rəqs; milli rəqs ansamblı; solo müasir rəqs; müasir rəqs ansamblı; aktyorluq; bədii qiraət; hekayəçilik (stand-up); dekorativ-tətbiqi sənət; rəssamlıq; heykəltaraşlıq. Festivalda hər iştirakçı fərdi olaraq yalnız bir nominasiya üzrə iştirak edə bilər. Kollektiv olaraq festivala qatılanların isə fərdi şəkildə əlavə bir nominasiyada da iştirak etməsi mümkündür.   Qeyd edək ki, festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az/az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az/) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az/#main) rəsmi internet səhifələri üzərindən, (+994) 050 288 01 47 mobil, 147 qısa nömrələri ilə əlaqə yaratmaqla, həmçinin festivalın rəsmi internet saytı (https://uif.az/) və sosial şəbəkə hesablarından (https://www.facebook.com/uif.az/; https://www.instagram.com/uif.az/; https://www.youtube.com/@uif_az/; tiktok.com/@uif.az ) əldə edə bilərsiniz.

Stenfordun dünyaşöhrətli professoru “Yeni çağırışlar”da

8 mart saat 19:30-da “Yeni çağırışlar” müzakirə proqramında Stenford Universitetinin Yüksək Təhsil Pillələri İnstitutunun dekanı, professor Den Şvaz qonaq olacaq. Dünyaşöhrətli professor ilə “Öyrənməyin əlifbası” barəsində danışılacaq.     Professor Den Şvaz “Öyrənməyin əlifbası: elmi cəhətdən sübut edilmiş 26 yanaşma. Onlar necə işləyir və nə zaman faydalıdır?" adlı bestsellerin həmmüəllifidir.    Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

"Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyasına start verilib

Martın 3-də Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyasına start verilib.    İlkin olaraq Bakı şəhəri Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəbdə ağacəkmə mərasimi keçirilib.    Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.    Kampaniya çərçivəsində qeyd edilən ümumi təhsil müəssisəsinin həyətində 100 ağac əkilib.    Qeyd edək ki, sözügedən kampaniyanın Bakı şəhəri ilə yanaşı, digər bölgələrdə yerləşən təhsil müəssisələrini də əhatə etməsi planlaşdırılır. Kampaniya çərçivəsində ölkə üzrə ümumilikdə 100 min ağacın əkilməsi nəzərdə tutulur.

"Novruz mühazirələri"nə başlanılıb

Martın 3-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Novruz mühazirələri"nə başlanılıb.    Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən “Novruz mühazirələri”ndə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov qonaqları salamlayaraq ilk mühazirənin rəhbərlik etdiyi təhsil müəssisəsində təşkilindən məmnunluğunu ifadə edib.     Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da öz növbəsində 2016-cı ildən "Novruz mühazirələri"nin keçirildiyini qeyd edib.    Daha sonra professor Ədalət Tahirzadə "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti" mövzusunda mühazirə ilə çıxış edib.  Ədalət Tahirzadə cümhuriyyət dövründə təhsilin milliləşdirilməsi, milli kadr hazırlığı, xaricdə təhsil üçün göndərilən tələbələr və digər məqamlardan danışıb.    Sonda iştirakçıların sualları cavablandırılıb.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş

Elm və təhsil naziri Emin Əmrullayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Nazir qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, həmçinin potensiallarını üzə çıxarmaqda dəstək olacağını bildirib. Görüşdə Emin Əmrullayev qalibləri Elm və Təhsil Nazirliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün onlara müvafiq tapşırıqlar təqdim edib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində təşəkkür edərək mentorluq proqramı çərçivəsində Emin Əmrullayevin şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Sertifikatlaşdırma prosesi ilə bağlı maarifləndirici görüşlərə başlanılıb

Təhsil İnstitutu (ARTİ) tərəfindən sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərlə maarifləndirici görüşlərə start verilib. İlk görüş Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri ilə baş tutub.   Görüş çərçivəsində qeyd olunan fənlər üzrə sözügedən məktəblərdə çalışan 300-ə yaxın müəllimlə müzakirə aparılıb. Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması imtahanının qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib.   Bununla yanaşı, müəllimlərə dəstək məqsədilə ARTİ-nin rəsmi “Facebook” səhifəsində mütəmadi olaraq vebinar və materiallar paylaşılır.    Qeyd edək ki, 2023-cü ildə dövlət ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif fənləri üzrə dərs deyən bütün müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri

Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. Şagirdlər www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə nəticələrlə  tanış ola bilərlər. Yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.     Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.    Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir. 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nümayəndə heyəti ilə görüş

Elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb.   Görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

02/06/2026

İyunun 2-də elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini Marat Minibayev ilə görüşüb. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, həmçinin təhsilin rəqəmsallaşdırılması sahəsində tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. #ElmVəTəhsilNazirliyi #EduAz #EduGovAz

Ətraflı
02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı