İdman həftəsi çərçivəsində tədbirlər davam edir
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən “İdman həftəsi” layihəsi çərçivəsində məktəblərdə tədbirlər davam edir.
Layihənin proqramına uyğun olaraq məktəblərdə şagirdlərin iştirakı ilə səhər gimnastikası, nümunəvi çıxışlar və müxtəlif idman növləri üzrə yarışlar keçirilir.
Qeyd edək ki, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” layihəsinin tətbiqinə başlanılıb.
3 mart tarixinədək davam edəcək layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33
