Ümumi təhsil müəssisələrində idman həftəsi
Martın 2-də “İdman həftəsi” layihəsi çərçivəsində Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbir zamanı məktəb şagirdlərinin iştirakı ilə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərgi, “Şən startlar” estafet oyunları, nümunəvi çıxışlar təşkil edilib, qaliblərə mükafatlar verilib.
Qeyd edək ki, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” layihəsinin tətbiqinə başlanılıb.
3 mart tarixinədək davam edəcək layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.
3 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev "Google" nümayəndəsi ilə təhsil texnologiyalarını müzakirə edib
18.05.2026 - 20:04 -
Emin Əmrullayev Londonda "Microsoft" nümayəndəsi ilə görüşüb
18.05.2026 - 19:30 -
Elm və təhsil naziri misirli həmkarı ilə görüşüb
18.05.2026 - 16:55 -
Vətəndaş müraciətlərinin statistikası
18.05.2026 - 16:38 -
Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir
18.05.2026 - 14:03
