Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

UNESCO kafedraları ilə əlaqədar məlumat sessiyası

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 20-dən çox ali təhsil müəssisəsinin nümayəndələri üçün UNESCO kafedraları ilə əlaqədar onlayn məlumat sessiyası keçirilib.   Məlumat sessiyasında Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev iştirak edib.    Görüşdə səfir Elman Abdullayev iştirakçılara UNESCO kafedralarının fəaliyyəti, müraciət forması və qaydası, UNITWIN  şəbəkəsinin əhəmiyyəti haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.   

Qazaxıstanda təhsil imkanı

Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramına müraciət davam edir. Proqrama müraciət üçün son tarix 30 aprel 2023-cü ildir.  Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu davam edir. Sənəd qəbulu 20 aprel 2023-cü il saat 23:59-dək davam edəcək.      Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı,  elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.    Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə  və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. 

VII qrant müsabiqəsinə layihə qəbulu başa çatıb

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb.    Müsabiqəyə “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 279, “Fərdi layihələr” kateqoriyası üzrə 1128 olmaqla ümumilikdə 1407 qrant layihəsi daxil olub. Bu göstərici ötən illə müqayisədə 28 faiz daha çoxdur.     Müsabiqədə rayon və şəhərlərin təmsilolunma səviyyəsi 99 faizdir. Ən çox layihə təklifi ilə Bakı, Sumqayıt, Gəncə, İsmayıllı və Lənkəran ilk beşlikdə yer alıb.    Qeyd edək ki, VII qrant müsabiqəsinin gedişatı ilə bağlı bütün məlumatlar Elm və Təhsil Nazirliyi tərəfindən açıqlanacaq.  

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi başlayır

Aprelin 4-dən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi başlayır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin ölkə mərhələsi aprelin 12-dək Bakı şəhərində keçiriləcək.     İki mərhələdə keçirilən müsabiqənin rayon (şəhər) turunda ölkə üzrə bütün ümumi təhsil müəssisələrindən 5733 şagird iştirak edib və onlardan 88 nəfəri ölkə mərhələsinə seçilib.     Ölkə mərhələsinin qaliblərinə diplom və təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.     Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. 

Tələbələr arasında futzal üzrə turnirə start verilib

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş futzal üzrə turnirə start verilib.    Yarışlar Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.    20-si Bakı, 13-ü ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumilikdə 33 ali və orta ixtisas təhsili müəssisəsinin komandalarının mübarizə apardığı yarışa mayın 2-də yekun vurulacaq.    Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Çempionatda fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.    Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsinin aşılanması,  yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Bununla yanaşı, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbələrin seçiminin təminatı, ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyini və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır. 

Şagird sayı 500-dək olan məktəblərə direktorların işə qəbulu başlayır

Aprelin 4-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılacaq. Sənəd qəbulu prosesi 11 aprel tarixinədək davam edəcək.   Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim edə bilərlər.   Qeyd edək ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələri keçiriləcək

Aprelin 30-da Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi  keçiriləcək.  Müsabiqələrdə iştirak üçün onlayn qeydiyyat prosesinə yaxın günlərdə start veriləcək.     VI sinif şagirdləri riyaziyyat və informatika, VII  sinif şagirdləri fizika, kimya və biologiya fənləri üzrə müsabiqələrdə iştirak edə bilərlər. Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir.     Qeyd edək ki, müsabiqələrin keçirilməsinin məqsədi məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.     Müsabiqələrin növbəti mərhələlərinin may və iyun aylarında keçirilməsi planlaşdırılır. 

Əcnəbi tələbələr Azərbaycanı seçir

Ölkəmizdə 130-dan çox əcnəbi Təhsil qrantı, 90-a yaxını hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alır   Kimheng Lin Kambocadandır. UNEC-də biznesin idarəetməsi ixtisası üzrə IV kursda oxuyur. Özü də Azərbaycanın xarici ölkə vətəndaşları üçün ayırdığı təqaüdlə. Ölkəmizlə bağlı real bilgilərə bura gəldikdən sonra yiyələnib. Məhz bu təqaüd proqramının sayəsində ölkəmizə və xalqımıza aid çoxlu müsbət keyfiyyətlər sadalayır: “Başqa ölkələrdə çinliyəm deyə, sanki  COVID-19 virusunu mən gətirmişəm kimi münasibət göstərilir. Amma burada ayrıseçkilik yoxdur. Azərbaycanda sülh var, yaxşı təhsil verilir. Azərbaycan ailəsində yaşayır, hər gün Azərbaycan yeməkləri yeyirəm. Çoxlu azərbaycanlı dostlarım var. Əminəm ki, yaradılan təhsil imkanı ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirəcək”.   Əcnəbi tələbələrin təhsilini maliyyələşdirən layihələr həyata keçirilir   Kimheng Lin kimi onlarla gənc Azərbaycanın verdiyi təqaüd imkanından yararlanaraq ölkəmizdə təhsil alır. Belə ki, 2018-2022-ci illər üçün İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ayrılmış təqaüd proqramı çərçivəsində 200-ə yaxın əcnəbi tələbənin müxtəlif səviyyələr üzrə təhsili təşkil edilib. Əcnəbilər həmin proqramlar çərçivəsində yerli təhsil müəssisələrində bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar. Elm və Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənovun sözlərinə görə, 2022-2023-cü tədris ilində yerli ali təhsil müəssisələrində 40 əcnəbi şəxs təhsil qrantı çərçivəsində təhsil almaq hüququ  qazanıb. Hazırda ölkəmizdə ümumilikdə 200-dən çox əcnəbi tələbə ödənişsiz olaraq dövlət hesabına təhsil alır. Onlardan 130-dan çoxu təhsil qrantı, 90-a yaxını hökumətlərarası təqaüd proqramları çərçivəsində yerli ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər.   “İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına  üzv dövlətlərin vətəndaşları üçün 2018-ci ildə təqaüd proqramı təsis edildi. 5 illik həmin proqramlar üzrə hər birində 100 olmaqla 200 nəfər tələbənin təhsili nəzərdə tutulurdu.  Bu il bu proqramlar çərçivəsində sonuncu dəfə qəbul həyata keçirildi. Yerləşmə prosesində Elm və Təhsil Nazirliyi də iştirak etdi və çalışdıq ki, region universitetlərinə də ixtisasların tədrisi, yataqxana imkanları baxımından əcnəbi tələbə getsin. Aqrar Universitet bu prosesdə iştirak etdi və indi də təhsil qrantı ilə təhsil alan əcnəbi tələbə var”.   Təhsil qrantı qalibləri Aqrar Universitetilə yanaşı, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetində təhsil alırlar.   Xatırladaq ki, təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir. M.Həsənovun sözlərinə görə, bu proqramlar əcnəbi tələbələrin ölkəmizdə təhsilə cəlbi prosesində hökumətin əsas alətləridir. XİN-lə birlikdə həyata keçirilən proqramların uzadılması da gözləniləndir.   Hökumətin əsas alətlərindən biri isə hökumətlərarası təqaüd proqramlarıdır və hazırda Macarıstan, Çin, Qazaxıstan, Rumıniya, Tacikistanla sazişlər işlək vəziyyətdədir: “Məsələn, bu il Çindən 41 tələbə qəbul etmişik. Macarıstana isə 10 yer ayrılıb”.   M.Həsənov hökumətlərarası təqaüd proqramlarında müşahidə olunan çətinliklərə də diqqət çəkib. Onun sözlərinə görə, Macarıstandan Azərbaycanda oxumağa gəlmək istəyən olmadığı kimi, Azərbaycandan da Qazaxıstan və Tacikistanda oxumaq arzusunda olanlar azdır.   Əcnəbi tələbələrin işğaldan azad olunan ərazilərə səfəri təşkil edilir   Buna baxmayaraq, ölkəmizdə təhsilin inkişafına töhfə vermək, əcnəbilərin təhsilini təşkil edərək həm də Azərbaycanın təbliğinə nail olmaq - problemlərini daha çox insana çatdırmaq, uğurlarını daha böyük ərazidə yaymaq başlıca məqsəddir. Odur ki, Nazirlik əcnəbi tələbələri əhatə edən bir sıra maraqlı layihələrə imza atıb. Belə layihələrdən birindən danışarkən M.Həsənov Elm və Təhsil Nazirliyinin, sadəcə keyfiyyətli təhsilin təşkili deyil,  Azərbaycanda təhsil alan tələbələrin ictimai-sosial fəallığını da izlədiyini vurğulayıb. Onun sözlərinə görə, əcnəbi tələbələr üçün müxtəlif tədbirlər təşkil olunur ki, onlardan biri də işğaldan azad edilən ərazilərə səfərlərdir.   Bəs,  bu səfərin nəticəsi necə olub? Layihə qarşısına qoyduğu məqsədə çatıbmı? Bunu öyrənmək üçün əcnəbi tələbələrə üz tuturuq. Şuşaya səfərdə iştirak edən Hamza Nacer deyir ki, nəinki işğaldan azad edilən, Azərbaycanın başqa regionlarında - Quba və Gəncədə də olub. Azərbaycanın havası və memarlığı onu valeh edib. Şuşaya səfər çərçivəsində Qarabağla bağlı həqiqətlərdən xəbərdar olub.   Azərbaycanın ayırdığı təhsil qrantı ilə təhsil alan 130 tələbədən biri - Əlcəzair vətəndaşı Hamza Nacer ADNSU-da doktorantura təhsili alır. Yanğın və sənaye təhlükəsizliyi mövzusunu araşdırır. Burada verilən təhsilin keyfiyyətindən razıdır və Azərbaycan universitetlərinin onun ölkəsindəki ali təhsil müəssisələri ilə müqayisədə daha yaxşı təchiz olunduğunu deyir.   Bəlkə Nacer məhz təqaüd qazandığı üçün Azərbaycandadır. O, oxumaq üçün məhz Azərbaycanı seçdiyinə, ölkəmizi tanıdığına görə çox məmnundur.   Azərbaycan onlara təhsil imkanı yaradır   Bu, Azərbaycan hökumətinin yaratdığı imkandır. Kimheng Lin də, elə Hamza Nacer də Azərbaycanda olmalarının ilk səbəbi olaraq hökumət proqramını göstərir. Sudanlı gənc Alaa Eldin Hamid isə Azərbaycanda təhsil imkanı yaradan təhsil qrantı proqramı sayəsində öz ölkəsinin inkişafına böyük töhfə verəcəyinə inanır: “2018-ci ildə mənim ölkəmdə inqilab baş verib. O vaxtdan bəri siyasi vəziyyət sabit deyil. Orda təhsil almaq imkanları çox məhduddur. Mən də düşündüm ki, bu müddətdə özümü, mənə bu imkanı yaradan Azərbaycanda inkişaf etdirim ki, vaxtı çatanda əldə etdiklərim sayəsində ölkəmin inkişafına qatqım olsun. Burada aldığım təhsillə istəyimə nail ola biləcəyimə inanıram”.   I kurs tələbəsi Alaa Eldin Hamid də ölkəmizə gələrkən Azərbaycanla bağlı  məlumatı olmayıb: “Azərbaycan haqqında heç nə bilmirdim. Təqaüdü gördükdən sonra maraqlandım”. O da təhsilini tamamlayıb ölkəsinə qayıdacaq: “Öz ölkəmə xidmət etmək istəyirəm”.   Tələbələr şagirdlərə öz ölkəsindən danışır   Əcnəbi tələbələrin iştirakı ilə daha bir maraqlı layihənin mövzusu onların öz ölkələri ilə bağlıdır. Belə ki, tələbələr Azərbaycan məktəbliləri qarşısında öz ölkələri haqqında təqdimatla çıxış edirlər. Əcnəbi gənclərə öz ölkəsini tanıtmaq şansı verən layihə məktəblilərimizə də ayrı-ayrı ölkələri vətəndaşlarının dilindən, həmin ölkələrdə yaşayıb-böyümüş insanlardan dinləmək, onların vasitəsilə öyrənmək şansı yaradır.  Sektor müdiri M.Həsənovun sözlərinə görə, bu layihə bir neçə məqsədə yönəlib: “Bununla həm Azərbaycanın vəsaiti hesabına ölkəmizdə təhsil alan tələbələri cəmiyyətə tanıtdırır, həm də ayrı-ayrı ölkələr haqqında məktəblilərimizi məlumatlandırır, bir növ həmin ölkədən olan şəxsin iştirakı ilə sinifdənxaric oxu təşkil edir, ölkələrlə bağlı məktəblilərimizdə real təsəvvür yaradırıq”.   Maraqla qarşılandığını vurğulayan sektor müdiri qeyd edib ki, onlayn təşkil olunan layihəyə 200-300 şagird canlı qoşulur. Ölkə təqdimatlarının videolarının sosial media kalanallarında yayımlanması da   baxış sayı artırır.   Potensialımız daha çox tələbə cəlb etməyə imkan verər   Beləliklə, Azərbaycanda 130-dan çox təhsil qrantı, 90-a yaxın hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsilalan var. 2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 9000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin təhsil aldığını nəzərə alsaq, 220 nəfər çox cüzi rəqəmdir. M.Həsənovun sözlərinə görə, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin əksəriyyəti öz hesabına təhsil alır. Bu da o deməkdir ki,  ölkəmizə əcnəbi tələbə kütləsi daha çox universitetlərin qəbulu əsasında formalaşır. Odur ki, Nazirlik universitetlərin əcnəbilərlə işinin qurulmasına da dəstək verir. Məsələn, universitetlərin beynəlxalq əlaqələr sahəsində çalışan əməkdaşları Nazirliyin xətti ilə Avropa İttifaqının müxtəlif təlimlərinə qatılır, yaxud onlara təlim keçməsi üçün Avropadan ekspertlər dəvət edilir: “Diplomatik kanallarla daxil olan müraciətləri universitetlərimizə yönəldirik.Yaxud ayrı-ayrı ölkələrdə universitetlərin öz işini qurmasına, təbliğinə dəstək veririk.  Məsələn, cari tədris ilinə müraciətlərin davam etdiyi müddətdə Malayziyanın bir qrup gəncinə 4-5 universitetimiz təqdimat etdi”.   “Qanunvericilikdə də artıma dəstək ola biləcək təşəbbüslər irəli sürür, dəyişikliklərin həyata keçirilməsi üçün aidiyyatı qurumlarla iş aparırıq”, deyən sektor müdiri Müjdat Həsənovun sözlərinə görə, görülən işin nəticəsidir ki, ildən-ilə Çin, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələrdən onlarla gənc təhsil almaq üçün ölkəmizi seçir.   Azərbaycanda təhsil imkanlarını ən yaxşı şəkildə təqdim edən “Study in Azerbaijan” layihəsi üzərində işin də genişləndirildiyini deyən sektor müdirinin sözlərinə görə, ilk dəfə olaraq, layihə çərçivəsində bütün universitetlərə qəbulun elektron formatı tətbiq edilib və uğurla icra olunur: “Əcnəbi tələbə sayta daxil olaraq qeydiyyatdan keçir, universitetlərdən birini seçib elektron müraciətini göndərir. Qiymətləndirmə alətlərinə, tələbənin keyfiyyətinə uyğun olaraq, universitetlər müraciəti dəyərləndirib cavab verir. Prosesin sonunda tələbənin məlumatları Nazirliyin portalına düşür”.   Sektor müdiri əlavə edib ki, layihənin sosial media hesabları, internet səhifəsi, mərkəzləşmiş elektron müraciət sistemi var: “Bunu korporativ idarəetmə səviyyəsinə keçirməyin optimal variantı üzərində iş gedir. Hazırda texniki müstəvidə prosesin təşkili həyata keçirilir. Elə bir format düşünülür ki, universitetlərin əvəzinə xaricdə iş qurulsun, sərgilərdə iştirak edilsin, tələbələr gətirilsin və onlar öz istəklərinə uyğun təhsil müəssisələrinə yerləşdirilsin, bir sözlə, layihə universitetləri də təmsil etsin. Başqa ölkələrdə artıq işlək mexanizmə çevrilən layihə bu variantda universitetlərin təbliği üçün də daha az xərc deməkdir”.   Tayland vətəndaşı Apisada Laowattanabhongse Azərbaycan, ölkəmizin təklif etdiyi təhsil qrantı proqramları barədə “Study in Azerbaijan” səhifəsindən məlumatlanıb və doktorantura səviyyəsində təhsilini davam etdirmək üçün müraciət edib. Xəzər Universitetinin doktorantı burada təhsilini tamamladıqdan sonra ölkəsinə, öz işinə qayıdacaq: “Beynəlxalq ticarətdə uğurlu karyera üçün diplom işimi də bu sahə ilə bağlı seçmişəm. Təhsil alıb öz ölkəmə və regiona fayda vermək istəyirəm”.     Azərbaycan ümid yerinə çevrilir   Azərbaycan gəncləri təhsil üçün xarici ölkələrə üz tutur. Amma Azərbaycan da başqa ölkələrdən olan bir çox gənclər üçün özünüinkişaf yolu, hökumətin ayırdığı təhsil qrantı və layihələr isə ümid  yerinə çevrilir və bu proses davam edəcək, yəni ölkəmiz hələ çox əcnəbi gəncə təhsil imkanı qazandıraraq ümid işığı olacaq.   "Azərbaycan müəllimi" qəzeti

31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər

Məktəbdənkənar təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bir sıra tədbirlər keçirilib.    Uşaq-gənclər inkişaf mərkəzlərində “Tarixin izi ilə”, “Tarixi həqiqətlər unudulmamalı, öyrənilməlidir”, “Soyqırımının acı xatirələri”, “Mart soyqırımını unutmadıq” adlı ədəbi-bədii kompozisiyalar, "dəyirmi masa"lar, “açıq dərs”lər keçirilib, əl işləri və rəsmlərdən ibarət sərgilər təşkil olunub, həmçinin sənədli filmlərə baxış keçirilib.   Tədbirlər zamanı uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər də səslənib.   Tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən cinayətlər barədə onlara ətraflı məlumat vermək, eləcə də soyqırımında həlak olanların xatirəsini ehtiramla yad etməkdən ibarətdir. 

02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı
01/06/2026

? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili

Ətraflı