Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələri keçiriləcək
Aprelin 30-da Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi keçiriləcək. Müsabiqələrdə iştirak üçün onlayn qeydiyyat prosesinə yaxın günlərdə start veriləcək.
VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri fizika, kimya və biologiya fənləri üzrə müsabiqələrdə iştirak edə bilərlər. Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir.
Qeyd edək ki, müsabiqələrin keçirilməsinin məqsədi məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.
Müsabiqələrin növbəti mərhələlərinin may və iyun aylarında keçirilməsi planlaşdırılır.
3 il əvvəl
Digər xəbərlər
-
Həsən Həsənli Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri ilə görüşüb
24.09.2026 - 18:40 -
Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır
24.09.2026 - 15:11 -
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38
