Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyasının nümayəndələri ilə görüşüb

Aprelin 10-da elm və təhsil naziri Emin Əmrullayev Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyasının nümayəndələri ilə görüşüb. Görüş UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “İmkanların artırılması” proqramı çərçivəsində baş tutub.    Görüş zamanı UNESCO çərçivəsində Azərbaycan Respublikası ilə Afrika ölkələri arasında birgə əməkdaşlıq imkanları müzakirə olunub, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq məqsədilə ölkəmizin fəaliyyəti və bu istiqamətdə əldə olunan uğurlu nəticələrə dair komissiya nümayəndələrinə məlumat verilib. Emin Əmrullayev Azərbaycan tərəfinin təhsilin bütün pillələri üzrə əlçatanlıq və keyfiyyətin təmin olunması istiqamətində mövcud təcrübəsini paylaşmağa hazır olduğunu bildirib. 

Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Avropa kubokunda 6 medal qazanıblar

Çexiyanın Teplis şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa kuboku keçirilib.    39 ölkə, 948 idmançının mübarizə apardığı yarışa Azərbaycan yığma komandası 28 idmançı ilə qatılıb.    Yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Məhəmməd Musayev (60 kq), Gəncə şəhəri 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Fərid Qarayev (55 kq), 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Əbil Yusubov (66 kq), Ramazan Əhmədov (+90 kq) I yeri, həmin məktəbin idmançısı Vüsalə Hacıyeva (48 kq) və 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Mirxalıq İsgəndərov (55 kq) isə III yeri tutublar.    Qeyd edək ki, yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının tərkibində çıxış edən 28 nəfərdən 16-sı Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır. 

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Aprelin 10-da Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu prosesinə start verilir.    Müsabiqədə iştirak etmək istəyən müəllimlər bu gün saat 11:00-dan 17 aprel 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.   Vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Bununla yanaşı, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.   Müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq:   - əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;   - iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;   - həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalına vurularaq hesablanır;   - 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.  

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev  28 aprel 2023-cü il tarixində Qusar rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri iştirak edə bilərlər.   Adları çəkilən rayonların sakinləri 19 aprel 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.   Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

Sertifikatlaşdırılma ilə bağlı maarifləndirici görüşlər davam edir

8 aprel tarixində Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Təhsil İnstitutu tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad və Masallı rayonları üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.    Görüşdə ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin şöbə müdiri Aynur Rüstəmova, İnsan Resursları Mərkəzinin əməkdaşı Fəridə Həsənli, Azərbaycan dili və ədəbiyyat üzrə mütəxəssis Nuriyyə Verdiyeva, ibtidai sinif üzrə mütəxəssis Ülkər Mirzəyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rəhim Rəhimov sertifikatlaşdırmanın mərhələləri, təşkili və məzmunu ilə bağlı məsələlər barədə məlumatlar verib.    Görüş müddətində təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi izah edilib, mövzular haqqında ətraflı məlumat verilib və müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.    Qeyd edək ki, sertifikatlaşdırma prosesinə dair məlumatverici görüşdə Cəlilabad və Masallı rayonları üzrə ümumilikdə 500-ə yaxın Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimi iştirak edib.

II Uşaq Kitab Festivalının açılış mərasimi

Aprelin 8-də II Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib.      Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və "Hədəf” şirkətlər qrupunun direktoru Şəmil Sadiq çıxış ediblər.    Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən musiqili proqram təqdim olunub.

Rusiya “MGIMO” tələbə qəbulu elan edir

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.   Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 6–14 aprel 2023-cü il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az  elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.    Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.

Elm və təhsil nazirinin görüşü keçirilib

Aprelin 6-da elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Querios ilə görüşüb.   Görüş zamanı Elm və Təhsil Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində həyata keçirilən layihələr nümunəsində cari vəziyyətdən məmnunluq ifadə edilib və mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.    

Sertifikatlaşdırılma ilə bağlı dəstək xarakterli görüşlər

Aprelin 6-da Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə növbəti görüş təşkil olunub.    Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər barədə məlumatlar verilib, müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.   

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

10-17 aprel tarixlərində Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu keçiriləcək.   Müsabiqədə iştirak etmək istəyən müəllimlər 10 aprel saat 11:00-dan 17 aprel 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.   Vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Bununla yanaşı, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.   Müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq: - əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır; - iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır; - həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalına vurularaq hesablanır; - 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.  

02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı
01/06/2026

? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili

Ətraflı