31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər
Məktəbdənkənar təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bir sıra tədbirlər keçirilib.
Uşaq-gənclər inkişaf mərkəzlərində “Tarixin izi ilə”, “Tarixi həqiqətlər unudulmamalı, öyrənilməlidir”, “Soyqırımının acı xatirələri”, “Mart soyqırımını unutmadıq” adlı ədəbi-bədii kompozisiyalar, "dəyirmi masa"lar, “açıq dərs”lər keçirilib, əl işləri və rəsmlərdən ibarət sərgilər təşkil olunub, həmçinin sənədli filmlərə baxış keçirilib.
Tədbirlər zamanı uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər də səslənib.
Tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən cinayətlər barədə onlara ətraflı məlumat vermək, eləcə də soyqırımında həlak olanların xatirəsini ehtiramla yad etməkdən ibarətdir.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
