“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi başlayır
Aprelin 4-dən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi başlayır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin ölkə mərhələsi aprelin 12-dək Bakı şəhərində keçiriləcək.
İki mərhələdə keçirilən müsabiqənin rayon (şəhər) turunda ölkə üzrə bütün ümumi təhsil müəssisələrindən 5733 şagird iştirak edib və onlardan 88 nəfəri ölkə mərhələsinə seçilib.
Ölkə mərhələsinin qaliblərinə diplom və təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52 -
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36 -
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28
