Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu keçirilib

Aprelin 18-də gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Avropa İttifaqı, Yaşıl İqlim Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı nəticəsində iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu keçirilib.    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş simpozium ekoloji problemlər barədə məlumatlılığın artırılmasına yönəlib.     Simpozium çərçivəsində dövlət və özəl məktəblərdən ibarət 13 təhsil müəssisəsinin yuxarı sinif şagirdlərinə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri ilə bağlı tədqiqat layihələrini nümayiş etdirmək üçün platforma təqdim edilib.    Simpoziumda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMTİP nümayəndələri “Gələcək burada başlayır” məktəb müsabiqəsi iştirakçılarının hazırladıqları layihələrlə tanış olublar.    Simpoziumda ətraf mühitlə bağlı sualları əhatə edən və tədbirə xüsusi maraq qatan intellektual oyun da keçirilib. Sonda isə tərəfdaş təşkilatların nümayəndələri məktəb müsabiqəsi və intellektual oyunun qaliblərini mükafatlandırıblar.   

Naxçıvanda “Elmdə qadınlar” konfransı keçirilir

Aprelin 18-də Naxçıvanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Elmdə qadınlar” konfransı öz işinə başlayıb.    Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.   Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.   “Elmdə qadınlar” konfransında Azərbaycan Respublikası Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edirlər.

12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında parlaq qələbə

13-19 aprel tarixlərində Sloveniyanın Portoroz şəhərində 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib. 57 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.    Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Qarayeva qızıl, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin XI sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı isə “Həvəsləndirici mükafat” sertifikatına layiq görülüblər.    Qeyd edək ki, Fidan Qarayeva 42 mümkün baldan hamısını toplayaraq yarışda ən yüksək nəticə göstərən 14 iştirakçıdan biri olub.    Məktəblilərimizi bu münasibətlə təbrik edir və yeni uğurlar arzulayırıq!

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu davam edir. Sənəd qəbulu 20 aprel 2023-cü il saat 23:59-dək davam edəcək.      Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı,  elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.     Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə  və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. 

Ali təhsil məkanında keyfiyyət üzrə standart və təlimatlar müzakirə edilib

Aprelin 17-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA)  təşkilatçılığı ilə Azərbaycanda “Keyfiyyət təminatı agentliklərinin fəaliyyətlərinin Avropa ali təhsil məkanında keyfiyyət üzrə standart və təlimatları" adlı kollegial məşvərət iclası keçirilib.   Ölkənin ali təhsil sistemində ilk dəfə təşkil edilən iclasa Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın prezidenti Duqlas Bləkstok, Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Reyestr Təşkilatının direktoru Kolin Tük qatılıb.   Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova xarici keyfiyyətin təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.   Elm və təhsil naziri Emin Əmrullayev öz çıxışında xarici keyfiyyətin təminatı üzrə beynəlxalq standart və təcrübənin öyrənilməsinin önəmini vurğulayaraq Azərbaycan təhsil məkanının Avropa ali təhsil məkanına inteqrasiyası istiqamətində əldə edilmiş nəticələri və qarşıda duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.   Tədbirin birinci günündə çıxışçılar ali təhsildə keyfiyyət təminatı, adıçəkilən istiqamətdə maraqlı tərəflərin iştirakı, Azərbaycanda ali təhsil və bu kimi digər məsələlərə toxunublar.   Qeyd edək ki, ikigünlük tədbir sabah da öz işini davam etdirəcək.

Azərbaycanda elmin populyarlaşdırılması modeli mövzusunda müzakirə aparılıb

Aprelin 17-də İqtisad Universitetində (UNEC) “Azərbaycanda elmin populyarlaşdırılması modeli” adlı tədbir keçirilib.    Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, UNEC-in rektoru Ədalət Muradov, millət vəkilləri, ölkənin tanınmış elm, təhsil, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.    Giriş nitqi ilə çıxış edən UNEC-in rektoru Ədalət Muradov aparılacaq müzakirələrin gənc nəslin elmə marağının artırılmasına və elmə yeni mütəxəssislərin cəlb edilməsinə təkan verəcəyini bildirib. Eyni zamanda elmin populyarlaşdırılmasının cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artıracağını deyib.    Elm və təhsil naziri Emin Əmrullayev elmin populyarlaşdırılması istiqamətində mövcud problemlər və həlli yollarından danışıb. Nazir elmə marağın orta məktəbdən formalaşdırılmasının, ölkədə ixtisaslaşmış institutların fəaliyyətində səmərəliliyin artırılmasının vacibliyini önə çəkib, cəmiyyətin elmə və alimə verdiyi dəyər, elmi etika, elmi adların verilməsi məsələlərinə toxunub.    AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında mətbuat və sosial şəbəkələrin elmin populyarlaşdırılmasındakı rolundan söz açıb. Bu istiqamətdə mənfi tendensiyaların mövcudluğunu və elmlə bağlı maarifləndirmə işlərinin ürəkaçan olmadığını bildirən İsa Həbibbəyli Azərbaycan elminin dünya reytinqlərindəki mövqeyinə də toxunub.    Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov görkəmli alimlərin elm sahəsindəki rolundan söz açıb. Akademik populyar dərsliklərin çap olunmasının, xarici ölkələrdə yaşayan alimlərlə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.    Daha sonra Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev Azərbaycanda elmin populyarlaşdırılması modeli mövzusunda təqdimatla çıxış edib.    Millət vəkili, UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev isə mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib.    Tədbirin bir sıra iştirakçıları da çıxış edərək elmin populyarlaşdırılması ilə bağlı fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. Müzakirələr zamanı elmi nəticələrin cəmiyyətə açıqlanılması, elmi jurnalistikanın yaradılması və Azərbaycan elminin dünyaya inteqrasiyasının əhəmiyyətindən söz açılıb, bu istiqamətdə mətbuatın rolu vurğulanıb. 

“Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçiriləcək

Mayın 4-də Heydər Əliyev sarayında məktəblilərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçiriləcək.    Konsertdə məktəblilər ulu öndərin ən sevdiyi mahnıları səsləndirəcək, həmçinin Heydər Əliyevə həsr olunan bədii qiraət və digər ədəbi-bədii kompozisiya nümunələri nümayiş etdirəcəklər. Bununla yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri də uşaqlarla eyni səhnəni bölüşəcəklər.    Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası və digər incəsənətyönümlü təhsil müəssisələrinin şagirdləri böyük səhnədə çıxış edəcəklər. Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarxlar da nümayiş olunacaq.    Konsertdə Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 1500-ə yaxın şagirdin tamaşaçı qismində iştirakı nəzərdə tutulur. 

BMU-İNHA ikili diplom proqramına növbəti tədris ili üçün sənəd qəbulunun tarixləri

5 iyun – 9 avqust 2023-cü il tarixlərində Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın İNHA Universitetinin bakalavriat səviyyəsi üzrə beynəlxalq ikili diplom proqramına (İDP) növbəti tədris ili üçün onlayn qeydiyyat həyata keçiriləcək.     Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzinin (DİM) keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universitetinin təşkil etdiyi daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan, 2023-cü ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri (BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər) iştirak edə bilərlər.     Bununla yanaşı, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı keçiriləcək riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidirlər. Daxili imtahanda iştirak üçün namizədlər tələb olunan sənədləri 5 iyun 2023-cü il tarixindən aktiv olacaq “Onlayn anket forması”na yükləməlidirlər. Sənədlərin son qəbul tarixi 9 avqust saat 23:55-dir.      BMU-İNHA İDP çərçivəsində 12 avqust 2023-cü il tarixində həyata keçiriləcək daxili imtahanın nəticələri 17 avqust 2023-cü ildə elan ediləcək.     İngilis və koreya dillərində 4 il müddətində həyata keçiriləcək ikili diplom proqramı informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisaslarını əhatə edir. Proqramın 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində tədris olunması nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.     Təhsilalanların Koreyada 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqram məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.       Ətraflı məlumat elandan əldə oluna bilər.       Qeyd edək ki, 2023-2024-cü tədris ilində ikili diplom proqramına informasiya texnologiyaları ixtisası üzrə 35, elektronika mühəndisliyi ixtisası üzrə 35, elektrik mühəndisliyi ixtisası üzrə 28, inşaat mühəndisliyi ixtisası üzrə isə 25 nəfərin qəbulu nəzərdə tutulur. 

Yerdəyişmə üzrə elektron qeydiyyat başa çatıb

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb. Müsabiqədə iştirak etmək üçün ümumilikdə 7883 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib. Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.   Qeyd edək ki, növbəti mərhələdə vakansiya seçimi həyata keçiriləcək. Vakant yer seçmək imkanı əvvəlcə şəhid ailələrinin üzvlərinə veriləcək.   Vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.

Direktor vəzifəsinə işə qəbul üzrə test imtahanları keçirilib

Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq istəyən  namizədlər üçün test imtahanı keçirilib.   Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.   Test imtahanında 1108 nəfər iştirak edib.

02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı
01/06/2026

? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili

Ətraflı