“Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçiriləcək
Mayın 4-də Heydər Əliyev sarayında məktəblilərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçiriləcək.
Konsertdə məktəblilər ulu öndərin ən sevdiyi mahnıları səsləndirəcək, həmçinin Heydər Əliyevə həsr olunan bədii qiraət və digər ədəbi-bədii kompozisiya nümunələri nümayiş etdirəcəklər. Bununla yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri də uşaqlarla eyni səhnəni bölüşəcəklər.
Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası və digər incəsənətyönümlü təhsil müəssisələrinin şagirdləri böyük səhnədə çıxış edəcəklər. Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarxlar da nümayiş olunacaq.
Konsertdə Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 1500-ə yaxın şagirdin tamaşaçı qismində iştirakı nəzərdə tutulur.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52 -
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36 -
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28
