Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair görüşlər davam edir
Mil-Muğan və Şəki – Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırılma prosesinə dair məlumatverici görüş keçirilib. Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında məlumatlar verilib. Görüşdə sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib. Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb
20/04/2023 15:00
Salyan Regional “ASAN xidmət” Mərkəzində təhsil xidmətləri
Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Salyan Regional “ASAN xidmət” Mərkəzində vətəndaşlar üçün təhsil xidmətləri təqdim olunur. Bununla yanaşı, Bakıdakı 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərində, 2 saylı Sumqayıt və 1 saylı Gəncə regional “ASAN xidmət”, Ağcabədi, Tovuz, Masallı, Mingəçevir, İmişli və Şəki regional “ASAN xidmət” mərkəzlərində də təhsil xidmətləri göstərilir. Mərkəzlər vasitəsilə vətəndaşlar aşağıdakı təhsil xidmətlərindən yararlana bilərlər: - təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti; - cari təhsilalanlar üçün elektron təhsil arayışları; - ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat); - şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat); - təhsil tələbə kreditinə elektron müraciət (qeydiyyat); - məktəbəhazırlıq qruplarına elektron qeydiyyat; - məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat; - ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu; - ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə elektron sənəd qəbulu; - sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənlərə sertifikatların verilməsi. Qeyd edək ki, sözügedən təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Xidmətlər haqqında ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/elm-ve-tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler
20/04/2023 12:46
Vakansiya seçimi mərhələsinə start verildi
Aprelin 20-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir. İlkin vakansiya seçimi mərhələsində Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri iştirak edəcəklər. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçimi edə bilərlər. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi birinci mərhələdə 25 aprel saat 11:00-dək davam edəcək. Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.
20/04/2023 11:00
Yerdəyişmə üzrə vakansiya seçiminə start verilir
Aprelin 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına əsasən iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri 20 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 25 aprel saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.
19/04/2023 16:00
2023-2024-cü tədris ili üzrə birinci siniflərə qəbul başlayır
Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Belə ki, 11 may saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, 15 may saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək. 15 may saat 11:00-dan 31 may saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə 15 may saat 11:00-dan 27 iyun saat 18:00-a qədər həyata keçiriləcək. Qeyd edək ki, qəbul prosesi ilə bağlı digər mərhələlər barədə məlumat veriləcək. 2023-2024-cü tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab
19/04/2023 15:19
4-cü siniflərdə monitorinq keçiriləcək
İyunun 10-da Elm və Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil edəcək. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir. Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. Monitorinqin müddəti 120 dəqiqədir. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda, onların sinifdən sinfə keçmələrinə təsir göstərmir. Qeyd edək ki, ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər. Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinqin keçirilməsi barədə sual-cavab
19/04/2023 11:04
Nazir müavini Naxçıvanda tələbələrlə görüş keçirib
Aprelin 18-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Əlizadə və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirak ediblər. Ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən söz açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bunun nəticəsi olaraq Azərbaycan gəncləri günümüzün müasir, inkişaf etmiş qüvvəsi kimi formalaşıb. Nazir müavinin sözlərinə görə, hər bir ölkədə uğurlu gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır. Firudin Qurbanov insan kapitalının formalaşmasında təhsilin, bilik və bacarıqların rolundan da danışıb. Karyera seçimi ilə bağlı tövsiyələrini çatdıran nazir müavini müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə əmək bazarında yeni peşələrin yarandığını və ölkəmizdə kadr hazırlığının müasir dövrün çağırışları və əmək bazarının tələblərinə uyğun həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Firudin Qurbanov bildirib ki, hər kəs seçim edərkən istedadını, hansı sahəyə marağının olduğunu, həmçinin müasir dövrün tələblərini nəzərə almalıdır. Gənclərin vətənpərvər ruhda yetişməsinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qazanılan qələbəni diqqətə çatdıran Firudin Qurbanov əlavə edib ki, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi təhsil sisteminin qarşısında duran prioritet vəzifələrdəndir. Sonra tələbələri maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Firudin Qurbanov tələbələrə uğurlar arzulayıb.
18/04/2023 19:00
Prezident və birinci xanım Neftçala rayonunda yeni inşa olunan məktəbin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, məktəbin binası 1960-cı ildə inşa olunub. Ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyünə görə bu təhsil ocağı üçün yeni bina tikilib. Beş korpusdan ibarət üçmərtəbəli məktəb binası zəruri mebel və avadanlıqlar, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəb binasında 18 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var. Məktəbin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllaşdırma işləri aparılıb. https://president.az
18/04/2023 18:45
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans
Aprelin 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Elmdə qadınlar” adlı konfrans keçirilib. Konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyulub və Heydər Əliyev Muzeyi ziyarət edilib. Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və digər şəxslər iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyev, akademik Zərifə xanım Əliyeva və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb. Fuad Nəcəfli ölkə Prezidenti cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə görkəmli elm xadiminin yubileyinin geniş şəkildə qeyd olunduğunu bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı ömür yolundan söz açıb, oftalmologiya elmində müstəsna xidmətlərinin olduğunu qeyd edib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Zərifə xanımın oftalmologiya elminin inkişafına dəyərli töhfələr verdiyini, bu sahə üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük əmək sərf etdiyini, bir-birindən dəyərli 150-dən çox elmi əsər, 12 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olduğunu diqqətə çatdırıb. Nazir müavini Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəslinin yetişdiyini və alimin özündən sonra dəyərli məktəb qoyduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, Zərifə xanım Əliyeva müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olmaqla yanaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Firudin Qurbanov əlavə edib ki, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti araşdırılır, öyrənilir və tədqiqat əsərlərinin mövzusuna çevrilir. Tədbirdə daha sonra çıxış edən digər qonaqlar akademikin tibb elmi üçün əvəzsiz irsindən, mənalı ömür yolu və yazdığı tədqiqat əsərlərindən bəhs ediblər. Daha sonra “Azərbaycan qadını, anası, həkimi, akademik Zərifə xanım Əliyeva” esse müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. Eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinə yüksək balla qəbul olunan bir qrup tələbəyə hədiyyələr verilib. Konfrans bədii hissə ilə davam edib. Naxçıvan şəhəri 11 nömrəli körpələr evi – uşaq bağçasının uşaqlarının ifasında kompozisiya nümayiş olunub, həmçinin Naxçıvan Dövlət Universitetinin simfonik orkestrinin ifasında konsert proqramı təqdim edilib.
18/04/2023 17:30
Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2023-cü il aprel ayının 21, 22-si Ramazan bayramı günləri müəyyən edilib. Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, 2023-cü il aprel ayının 21-24-ü iş günləri hesab edilmir. Həmin qərara əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir. Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
18/04/2023 15:27
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
Ətraflı