Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanda elmin populyarlaşdırılması modeli mövzusunda müzakirə aparılıb

Aprelin 17-də İqtisad Universitetində (UNEC) “Azərbaycanda elmin populyarlaşdırılması modeli” adlı tədbir keçirilib. 

 

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, UNEC-in rektoru Ədalət Muradov, millət vəkilləri, ölkənin tanınmış elm, təhsil, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

 

Giriş nitqi ilə çıxış edən UNEC-in rektoru Ədalət Muradov aparılacaq müzakirələrin gənc nəslin elmə marağının artırılmasına və elmə yeni mütəxəssislərin cəlb edilməsinə təkan verəcəyini bildirib. Eyni zamanda elmin populyarlaşdırılmasının cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artıracağını deyib. 

 

Elm və təhsil naziri Emin Əmrullayev elmin populyarlaşdırılması istiqamətində mövcud problemlər və həlli yollarından danışıb. Nazir elmə marağın orta məktəbdən formalaşdırılmasının, ölkədə ixtisaslaşmış institutların fəaliyyətində səmərəliliyin artırılmasının vacibliyini önə çəkib, cəmiyyətin elmə və alimə verdiyi dəyər, elmi etika, elmi adların verilməsi məsələlərinə toxunub. 

 

AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında mətbuat və sosial şəbəkələrin elmin populyarlaşdırılmasındakı rolundan söz açıb. Bu istiqamətdə mənfi tendensiyaların mövcudluğunu və elmlə bağlı maarifləndirmə işlərinin ürəkaçan olmadığını bildirən İsa Həbibbəyli Azərbaycan elminin dünya reytinqlərindəki mövqeyinə də toxunub. 

 

Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov görkəmli alimlərin elm sahəsindəki rolundan söz açıb. Akademik populyar dərsliklərin çap olunmasının, xarici ölkələrdə yaşayan alimlərlə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. 

 

Daha sonra Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev Azərbaycanda elmin populyarlaşdırılması modeli mövzusunda təqdimatla çıxış edib. 

 

Millət vəkili, UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev isə mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. 

 

Tədbirin bir sıra iştirakçıları da çıxış edərək elmin populyarlaşdırılması ilə bağlı fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. Müzakirələr zamanı elmi nəticələrin cəmiyyətə açıqlanılması, elmi jurnalistikanın yaradılması və Azərbaycan elminin dünyaya inteqrasiyasının əhəmiyyətindən söz açılıb, bu istiqamətdə mətbuatın rolu vurğulanıb. 


3 il əvvəl