İqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu keçirilib
Aprelin 18-də gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Avropa İttifaqı, Yaşıl İqlim Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı nəticəsində iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş simpozium ekoloji problemlər barədə məlumatlılığın artırılmasına yönəlib.
Simpozium çərçivəsində dövlət və özəl məktəblərdən ibarət 13 təhsil müəssisəsinin yuxarı sinif şagirdlərinə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri ilə bağlı tədqiqat layihələrini nümayiş etdirmək üçün platforma təqdim edilib.
Simpoziumda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMTİP nümayəndələri “Gələcək burada başlayır” məktəb müsabiqəsi iştirakçılarının hazırladıqları layihələrlə tanış olublar.
Simpoziumda ətraf mühitlə bağlı sualları əhatə edən və tədbirə xüsusi maraq qatan intellektual oyun da keçirilib. Sonda isə tərəfdaş təşkilatların nümayəndələri məktəb müsabiqəsi və intellektual oyunun qaliblərini mükafatlandırıblar.
1 il əvvəl
Digər xəbərlər
-
Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini ilə görüş
19.12.2024 - 17:30 -
Elm və təhsil naziri məktəb direktorları ilə görüşüb
18.12.2024 - 20:35 -
“Gənc hüquq müdafiəçiləri” məhkəmə müsabiqəsinin qalibləri mükafatlandırılıb
18.12.2024 - 18:00 -
Qrant müsabiqəsi çərçivəsində özəl bağçalara qeydiyyat yenidən başlayıb
18.12.2024 - 15:03 -
Nazir müavini İdris İsayev Hacıqabulda olub
17.12.2024 - 17:30